SON DƏQQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində Bilik Günü qeyd edilib-FOTO

“Naxçıvan” Universitetində Bilik Günü qeyd edilib-FOTO
15-09-2020, 14:45

“Naxçıvan” Universitetində 15 sentyabr Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə  tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq  müəllim və tələbələrin yeni tədris ilini təbrik edib, onlara uğurlar arzulayıb. Rektor Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından və mövcud pandemiya ilə əlaqədar olaraq dərslərin keçirilməsinin yeni qaydalarından danışıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun  və Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin çıxışları dinlənilib.

Bildirilib ki, “Naxçıvan” Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra, 6 şöbə var. 2020-2021-ci tədris ilində universitetdə 1300 -dən artıq tələbə təhsil alacaq. Bu tədris ilində universitetdə 20 bakalavr, 9 magistr ixtisası üzrə mütəxəssis hazırlığı aparılacaq. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır. Mövcud pandemiya ilə əlaqədar olaraq ali təhsil ocağında tələbələrin sağlamlığının qorunmasına və ali təhsil ocağında dezinfeksiya işlərinin mütəmadi şəkildə aparılmasına  diqqət olunur.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930