SON DƏQQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda torpaqların  icarəyə verilməsinin monitorinqi aparılıb

Sədərək rayonunda torpaqların  icarəyə verilməsinin monitorinqi aparılıb
7-09-2020, 16:22

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edilir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu məqsədilə  nazirlik  Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə apardıqları növbəti monitorinqi Sədərək rayonunda davam etdirmişdir. Rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara baxış keçirilmiş, qanunvericiliyə uyğun olaraq həmin  torpaqların icarəyə verilməsinin monitorinqi təşkil edilmişdir.

 Monitorinq zamanı qeyd olunmuşdur ki, dövlət dəstəyi nəticəsində muxtar respublikada aqrar sahədə görülən işlər torpaq mülkiyyətçilərinin yeni nailiyyətlər qazanmasına geniş imkanlar yaratmışdır. Hazırda şəhər və kənd yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələrindən istifadə üsulu əsasən icarə müqavilələri vasitəsi ilə həyata keçirilir. O cümlədən torpaq mülkiyyətçiləri bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən də lazımi qaydada yararlanırlar. Bu gün əsasən kəndlərimizdə yaşayan və muxtar respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edən torpaq mülkiyyətçiləri bələdiyyə torpaqlarından istifadə edirlər. Hazırda qüvvədə olan qanunvericilik aktları bələdiyyə mülkiyyətində olan torpaqları qısa müddətli icarə üsülü ilə istifadə edilməsinə geniş imkanlar yaradır. Torpaq sahələrinin mülkiyyətçiləri əkin sahələrinin genişləndirilməsi üçün xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqlardan da icarə üsülu ilə istifadə edirlər. Torpaq sahəsi icarə üsülü dedikdə bağlanmış müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə başa düşülür.

Qeyd edilmişdir ki, torpağı icarəyə götürən fiziki və hüquqi şəxslər əvəlcədən bələdiyyəyə yazılı müraciət etməlidirlər. Edilmiş müraciətlərə baxıldıqdan sonra bələdiyyə tərəfindən bu barədə müvafiq bələdiyyə qərarı qəbul edilməli və torpaq icarəsi müqaviləsi tərtib olunmalıdır. Bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair müqavilədəki şərtlər tərəflərin razılığı ilə müəyyənləşdirilməli, icarə haqqı həmin ərazinin bazar məzənnəsi nəzərə alınmaqla müəyyən edilməlidir.

İştirakçıların diqqətinə çatdırılmışdır ki, torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericilikdə məsuliyyətlər də nəzərdə tutulmuşdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30