SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universiteti ilə  Çankaya Universiteti  İKT sahəsində əməkdaşlıq edəcək- FOTO

“Naxçıvan” Universiteti ilə  Çankaya Universiteti  İKT sahəsində əməkdaşlıq edəcək- FOTO
26-08-2020, 13:00

“Naxçıvan” Universiteti ilə Türkiyənin Çankaya Universiteti  informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində birgə əməkdaşlıq edəcək.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Türkiyə Cümhuriyyətində səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Çankaya Universitetinin İdarəetmə şurasının üzvü, İctimaiyyətlə əlaqələr və reklam şöbəsinin müdiri, 22 və 24-cü çağırış Türkiyə Böyük Millət Məclisinin deputatı, Yıldız Sarayı  Fondunun sədri, UNESCO-nun  Mədəni İrs Komissiyasının Türkiyə üzrə  nümayəndəsi Prof. Dr. Zeynep Karahan Uslu ilə görüşüb.

Görüş zamanı “Naxçıvan” Universiteti ilə Çankaya Universiteti arasında ikitərəfli əlaqələrin inkişafı, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində birgə əməkdaşlıq barədə razılıq əldə olunmuşdur.

Bundan başqa görüş zamanı Naxçıvan Muxtar Respublikasında  mədəni irsin, Türkiyə coğrafiyasında Naxçıvana aid olunmuş abidələrin araşdırılması və birgə beynəlxalq konfransların təşkili məsələləri  müzakirə olunub.

Hüseyn Bağırsoylu Azərbaycanda, xüsusilə Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin qorunub saxlanılması sahəsində görülən işlərdən danışıb. Bildirib ki, hər hansı bir ölkənin tarixindən, turizm potensialından danışdıqda ilk növbədə tarixi-mədəni irs ön plana çəkilir. Naxçıvan Şərq və Qərb, Avropa və Asiya arasındakı tarixi ticarət yollarının, mədəniyyət və təhsil əlaqələrinin kəsişməsində yerləşir. Tarix boyu Azərbaycan xalqının mühüm tarixi-mədəni irsinin yaşadıldığı Naxçıvan mədəniyyət və sivilizasiyalar arasında təmas vasitəsi olub və mühüm körpü funksiyasını yerinə yetirib. Özünün fərqli təbii, iqtisadi və mədəni potensialı olan qədim Azərbaycan şəhəri Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni irsini keçmişin təcrübəsindən faydalanaraq qoruyur və gələcəyə çatdırır.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31