SON DƏQQƏ

naxcivanxeberleri.com

Gənc şahmat müəllimləri arasında muxtar respublika birinciliyi keçirilib

Gənc şahmat müəllimləri arasında muxtar respublika birinciliyi keçirilib
25-08-2020, 10:00

Muxtar respublikada şahmatın kütləviliyinin artırılmasına və bu sahənin inkişafına yüksək qayğı göstərilir. Belə ki, şahmatın maddi-texniki bazası möhkəmləndirilib, Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində yeni şahmat məktəbləri tikilib istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan şəraitdən səmərəli istifadə, təhsil müəssisələrinin bacarıqlı və bilikli müəllimlərlə təmin olunması daim diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən sertifikasiyalarda uğurlu nəticə göstərən 487 müəllimə ümumtəhsil məktəblərində şahmat fənnini tədris etməsinə icazə hüququ verən sertifikat təqdim edilib.

Muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrində şahmatı tədris edən müəllimlər arasında müxtəlif kateqoriyalar üzrə şəhər və rayon birincilikləri ilə yanaşı, mütəmadi olaraq tempo yarışları, müxtəlif beynəlxalq yarışlar keçirilir. Dünən isə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasında məktəblərdə şahmat fənnini tədris edən gənc müəllimlər arasında muxtar respublika birinciliyi olub. Birinciliyin keçirilməsində məqsəd müəllimlər arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək, güclü şahmatçıları aşkara çıxarmaq, eyni zamanda müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etmək idi. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Təhsil, Gənclər və İdman nazirlikləri, Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən birincilikdə muxtar respublikadan 50 gənc müəllim iştirak edib.

Gərgin və maraqlı keçən birinciliyin yekun nəticələrinə görə kişi şahmatçılar arasında Əli Hüseynzadə (Kəngərli rayonu) I, Tural Zeynalov (Naxçıvan şəhəri) II, Samil Hüseynov (Sədərək rayonu) III yerə, qadın şahmatçılar arasında isə Lamiyə Məmmədova (Ordubad rayonu) I, Fəridə Şükürova (Naxçıvan şəhəri) II, Nərmin İsmayılova (Culfa rayonu) III yerə layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30