16:00 - Maya Sandu: "Rusiya Belarusda olduğu kimi, Moldovada da nüvə silahı yerləşdirmək istəyir"
15:55 - Ərdoğan BƏƏ Dövlət naziri ilə telefonla danışıb
15:50 - Son üç ayda Azərbaycanda televiziyaya baxanların sayı açıqlanıb
15:45 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirib
15:40 - Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”
15:35 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib-FƏRMAN
15:25 - Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
15:20 - “Azərsu” və Meliorasiya Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib-FƏRMAN
15:17 - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb-FƏRMAN
15:15 - Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib-SƏRƏNCAM
15:10 - Yeni könüllü qrupları ekofəallara dəstək üçün Laçın-Xankəndi yoluna gəliblər
15:05 - Si Cinpin: "Çin müharibəyə hazırlaşır"
15:00 - “Çağdaş Azərbaycan dilinin aktual problemləri” III respublika elmi konfransı keçirilib-FOTO
14:55 - Gürcüstanda ölənlərin sayı yeni doğulanların sayını üstələyib
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində müşavirə keçirilib
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən müşavirəni nazir Vüsal Sevdimaliyev açaraq məruzə ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Rabitə vəYeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 12 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə digər sahələrlə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinəyaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatının yaradılması tapşırıqları verilib.
Qeyd olunub ki, hazırda payız-qış mövsümü ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir.Nazirliyin anbarında rabitə xətt, abunə qurğuları və fiber-optik sahəsi üzrə kabel ehtiyyatının yaradılması istiqamətində işlər davam etdirilir, istismar edilən bütün elektron qurğuların ehtiyat hissələrinin də yaradılması diqqət mərkəzində saxlanılır. Qeyd olunanlarla yanaşı,payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirlər eyni zamanda qazanxana və istilik sistemləri üzrə ixtisaslı kadrlara olan tələbatı da aktual edir. Bu səbəbdən də hazırda fəaliyyət göstərən qazanxana işçilərinin ixtisaslarının araşdırılması, bilik səviyyələrinin yoxlanması, qabaqcadan təlimatlandırılması, zərurət yarandıqda qazanxana və istilik sistemləri üzrə yeni ixtisaslı kadrların hazırlanması üçün müvafiq peşə kurslarında onların iştirakının təmin edilməsi, peşə kursu keçmiş və sertifikat almış ocaqçıların işə götürülməsi istiqamətində işlər davam etdirilir.
Vurğulanıb ki, avadanlıqların qorunması məqsədilə bütün mümkün imkanlardan istifadə olunur. Belə ki, birbaşa ümumi elektrik şəbəkəsindən qidalanan bütün avtomat telefon stansiyaları və digər qurğular xüsusi ayırıcı gərginlik releləri ilə təchiz olunub.
Diqqətə çatdırılıb ki, hazırda muxtar respublika üzrə mövcud 213 avtomat telefon stansiyasından 28-i açıq hava tipli, 185-i istilik təminatı olan əsaslı təmir edilmiş və ya yeni istismara verilmiş binalarda yerləşir.
Nazir deyib ki, yaradılmış imkanlardan istifadə edilməklə Rabitə və Yeni Texnologiyalar Nazirliyi 2020-2021-ci illərin payız-qış mövsümünü uğurla başa vuracaq, muxtar respublikada əhalinin nümunəvi rabitə və internet xidmətləri ilə təmin olunmasına çalışacaqdır.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib, 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı Nazirliyin Tədbirlər planı təsdiq edilib.