SON DƏQQƏ

naxcivanxeberleri.com

Sədərək və Sumqayıt məktəbliləri arasında şahmat üzrə onlayn yoldaşlıq görüşü keçiriləcək

Sədərək və Sumqayıt məktəbliləri arasında şahmat üzrə onlayn yoldaşlıq görüşü keçiriləcək
13-08-2020, 15:09

Sədərək Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli bölməsi və Sumqayıt Şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 18 avqust 2020-ci il tarixdə saat 10:00-da www.lichess.org platforması vasitəsi ilə məktəblilər arası onlayn yoldaşlıq görüşü keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,görüşün təşkilində məqsəd şagirdlərin şahmat biliyinin daha da artırılması və onların yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Qarşılaşma 5+1 Blits sistemində keçiriləcək.

Onlayn qaydada keçiriləcək görüşün yekun nəticəsi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin teshil.nmr.az rəsmi internet saytında və nmr_tehsilnazirliyi instaqram səhifəsində və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının chess.nax.az rəsmi internet saytında və naxcivan_sahmat_federasiyasi instaqram səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmatın təbliği və inkişafı məqsədilə muxtar respublika məktəblilərinin ölkədaxili və beynəlxalq səviyyəli yarışları təşkil olunur.

 

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930