00:30 - Günün qoroskopu
00:00 - Naxçıvanda bədən tərbiyəsi və idman sahəsində görülən işlər öz bəhrəsini verir
23:26 - Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
22:47 - Türkiyədə hərbi helikopterin qəzasında ölənlərin sayı 10 nəfərə çatıb
22:30 - İdman – sağlam gələcəyimizin, iradə və əzmkarlığın, qələbənin rəhni
22:16 - Hesabat seçki yığıncağı keçirilib
21:11 - Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
21:03 - Naxçıvanda daha bir Dövlət proqramı uğurla icra olunub
20:47 - “Yeni dövrün çağırışları:Rəqəmsal mühasibatlıq” mövzusunda seminar keçirilib- FOTO
19:56 - Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
19:30 - Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 9 nəfər həlak olub
18:50 - Zəngilanın Keçikli kəndi
18:27 - Naxçıvanda təhsil müəssisələrinin idman klublarına yeni idman avadanlıqları verildi-FOTO
AMEA Naxçıvan Bölməsi əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub
AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov və Bitki sistematikası şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Seyidovanın “Naxçıvan Muxtar Respublikası florasında Paxlakimilər fəsiləsinin məhv olma təhlükəsində olan növləri” adlı məqaləsi Türkiyə Cümhuriyyətinin Qafqaz Universitetinin Təbiət və Tətbiqi Elmləri İnstitutunun jurnalında dərc olunub.
Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, məqalədə göstərilir ki, Paxlalılar fəsiləsi floramızda cins və növlərinin sayına görə ən böyük fəsilələrdən biri olmaqla yanaşı, faydalı növlərinin çoxluğu ilə də fərqlənir. Cinslərə daxil olan növlərin çoxu fitosenozların başlıca dominant və subdominant bitkilərindən biri kimi formalaşaraq qiymətli yem, eyni zamanda, nadir və endemik bitkilərdir.
Qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası ərazisində 2014-2018-ci illərdə aparılan araşdırmalar nəticəsində Paxlalılar fəsiləsinin endemik növləri aşkar olunub. Ümumiyyətlə, muxtar respublika ərazisində Paxlalılar fəsiləsinin 46 cinsə aid 258 növü yayılıb. Bunlardan 15 növü Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilib, 9 növ isə endemikdir.
Məqalədə Paxlalılar fəsiləsinə daxil olan nadir və məhv olma təhlükəsi altında olan növlərin yayılma zonaları, məhv olma səbəbləri verilib, xəritələri tərtib edilib, həmçinin mühafizə yolları göstərilib.