16:05 - Azərbaycanın türkdilli ölkələrlə qarşılıqlı investisiya qoyuluşu açıqlanıb-FOTO
16:00 - Maya Sandu: "Rusiya Belarusda olduğu kimi, Moldovada da nüvə silahı yerləşdirmək istəyir"
15:55 - Ərdoğan BƏƏ Dövlət naziri ilə telefonla danışıb
15:50 - Son üç ayda Azərbaycanda televiziyaya baxanların sayı açıqlanıb
15:45 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirib
15:40 - Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”
15:35 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib-FƏRMAN
15:25 - Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
15:20 - “Azərsu” və Meliorasiya Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib-FƏRMAN
15:17 - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb-FƏRMAN
15:15 - Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib-SƏRƏNCAM
15:10 - Yeni könüllü qrupları ekofəallara dəstək üçün Laçın-Xankəndi yoluna gəliblər
15:05 - Si Cinpin: "Çin müharibəyə hazırlaşır"
15:00 - “Çağdaş Azərbaycan dilinin aktual problemləri” III respublika elmi konfransı keçirilib-FOTO
Qurban bayramı insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayır
Əsrlərboyu xalqımız Qurban bayramını böyük sevinc və coşqu ilə qarşılamış, qurbankəsmə mərasimini öz milli adət-ənənəsinə, mənəvi dəyərinə çevirmişdir. Bu dəyərlərdən, əsasən, qonaqpərvərlik, rəhmlilik, xeyriyyəçilik, kimsəsizlərə baş çəkmək, başqalarının dərdinə şərik çıxmaq xalqımızın sahib olduğu mənəvi zənginliklərdəndir. Qurban bayramına məxsus ənənələrin, məsələn, qurbanlıq heyvanın bir müddət qabaq bəslənməsi, bəzədilib Allah yolunda kəsilərək, əsasən, yoxsullara paylanması, bayram süfrələrinin təşkil edilməsi və sair xalqımıza məxsus dəyərlərlə üst-üstə düşdüyündən bu bayram ölkəmizdə daha təmtəraqlı qeyd edilir. Sovetlər Birliyinin süqutundan sonra müstəqillik qazanan Azərbaycan Respublikası, nəhayət, milli və dini bayramlarını dövlət səviyyəsində keçirməyə nail olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalqımız müqəddəs bayramlarını da azad şəkildə keçirmək hüququ qazanmışdır. Görkəmli dövlət xadimi müqəddəs Qurban bayramını yüksək qiymətləndirərək demişdir: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.
Milli-mənəvi, islami dəyərlərin qorunması və təbliğinə hər zaman ciddi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insanlar arasında həmrəyliyin və saflaşmanın bərpa olunmasında bu bayramın rolunu yüksək qiymətləndirmişdir. Dövlət başçısının bu günlərdə Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində deyilir: “Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.
Əziz bacı və qardaşlarım!
Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir”.
İslami dəyərlərin, dini ənənələrin qorunub yaşadılması ilə hər zaman örnək olan muxtar respublikada da dini dəyərlərimizə dövlət qayğısı, böyük ehtiram var. Bunun daha bir ifadəsi dini mərasimlərin yüksək səviyyədə keçirilməsidir. Sülh və əmin-amanlığın, çoxcəhətli inkişafın bərqərar olduğu muxtar respublikamızda Məhəmməd Peyğəmbərin mövludu günü, müqəddəs Ramazan və Qurban bayramları hər il təntənəli şəkildə qeyd olunur, hər ailədə bayram süfrəsi açılır. Bayram günlərində sosial qayğıya ehtiyacı olan ailələrin yad olunması, onlara bayram sovqatlarının verilməsi dinimizə olan böyük ehtiramın bariz nümunəsidir.
Qurban bayramının cəmiyyətdəki ictimai münasibətlərə də təsiri böyükdür. Ramazan bayramı kimi, bu bayram da özündə bəzi vacib şərtləri ehtiva edir. Hər iki bayramda hava işıqlaşandan sonra iki rükətli bayram namazı qılınır. Bayram günlərində valideynlərə, qohumlara, qonşulara baş çəkmək, başqalarına qarşı daha səmimi, xoş rəftarlı, gülərüz olmaq, bayram ab-havasını pozan hərəkətlərə yol verməmək tövsiyə olunur. İslam dinində mövcud olan iki böyük bayramlardan biri – Ramazan bayramı otuzgünlük ibadətin sona yetməsi, Qurban bayramı isə bir neçə həftəlik Həcc əməllərinin yerinə yetirilməsinin başa çatması münasibətilə qeyd edilir.
İslami dəyərlərin və bununla bağlı mədəniyyətin inkişafına misilsiz töhfələr vermiş Azərbaycanda İslam dinindən irəli gələn vəzifələr ehtiramla yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən hesab olunan qurban kəsilməsinə əməl etməsi xalqımızın İslam dininə bağlılığını nümayiş etdirir. Ölkəmizdə İslam dininin saflığı, onun vacib əməllərinin yerinə yetirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bütün bunların nəticəsidir ki, milli-mənəvi dəyərlərə və ənənələrə ehtiramla yanaşılan Azərbaycanda Qurban bayramı hər il böyük təntənə ilə keçirilir. Biz də müqəddəs bayram münasibətilə bütün müsəlman həmvətənlərimizi təbrik edir, Allahdan xalqımıza sülh, əmin-amanlıq və bol ruzi diləyirik.
Ramiyyə ƏKBƏROVA