SON DƏQİQƏ

naxcivanxeberleri.com

NDU-da bu il 15000 dən artıq onlayn dərs keçirilib-FOTO

NDU-da bu il 15000 dən artıq onlayn dərs keçirilib-FOTO
29-07-2020, 18:17

Universitetin rektoru Elbrus İsayev 2020-ci ilin birinci yarısının yekunlarına dair müşavirədə qeyd edib ki, Naxçıvanda Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bugün muxtar respublika sosial, iqtisadi sahədə irəliləyişə, ictimai həyatda nailiyyətlərə nail olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər sırasında təhsil quruculuğunun xüsusi yer tutduğunu qeyd edən rektor bildirib ki, cari ildə də təhsil siyasəti uğurla davam etdirilib, universitetin bütün kampuslarında yenidənqurma və bərpa işləri aparılıb. Struktur dəyişikliklərinə əsasən  Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq fakültələrinin bazasında 2 fakültə- Beynəxalq münasibətlər və hüquq, Xarici dillər fakültələri yaradılıb. İqtisad fakültəsi ləğv edilərək  İqtisadiyyat və İdarəetmə fakültəsi yaradılıb. Universitetin maddi-texniki imkanları, müasir tədris üsulları nəzərə alınmaqla “İqtisadiyyat və idarəetmə” fakültəsinin bazasında universitetdə ilk dəfə tədrisi ingilis dilində olacaq “İqtisadiyyat” ixtisası açılıb. Universitetin rəsmi internet portalı yenidən qurularaq istifadəyə hazır vəziyyətə gətirilib.

2019-2020- ci tədris ilinin payız və yaz imtahan sessiyalarının semestr imtahanları uğurla həyata keçirilib. Payız semestrində əyani şöbədə 1460, qiyabi şöbədə 160, əlavə ali təhsil üzrə isə 103 imtahan keçirilib. Universitet üzrə müvəffəqiyyət faizi 72.6%, keyfiyyət faizi 38.7% olub.

Rektor ali təhsil müəssəsələrində Covid-19 pandemiyası ilə əlaqədar olaraq təlim-tərbiyə, tədris prosesi dayandığı dövrdən etibarən Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan LMS (Learning Management System- Öyrənmənin idarəolunması sistemi) sisteminin müəllim və tələbələr üçün yaratdığı imkanları dəyərləndirib. Vurğulanıb ki, sistemin verdiyi imkanlar hesabına universitetdə 15000 dən artıq  onlayn dərslər keçirilib.Tədris ilinin ikinci yarısında professor-müəllim heyəti və tələbələrin elektron məlumat bazası yaradılıb, ilk dəfə olaraq tələbələrin elektron qiymətləndirilməsi həyata keçirilib. Tələbələrin imtahan verdiyi gün aldığı qiymət iki saat ərzində onların şəxsi kabinetlərinə yerləşdirilib.

Hesabat dövrü ərzində ali təhsil ocağı beynəlxalq əlaqələri sahəsində bir sıra uğurlara imza atıb. Türkiyənin 11 universiteti ilə Mövlana proqramı çərçivəsində qarşılıqlı əməkdaşlıq müqavilələri yenilənib. Avropa İttifaqının Erasmus+proqramının PETRA layihəsi çərçivəsində universitetdə Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib. Dünyanın 9 ölkəsindən 787 əcnəbi tələbənin təhsil aldığı universitet əcnəbi tələbələrin sayca üstünlüyü ilə seçilən ali təhsil ocağı imicini qoruyub.  Əcnəbi tələbələrdən  443 nəfəri bakalavr, 12 nəfəri magistratura təhsil səviyyəsindədir. Hazırlıq kursunda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin sayı 332 nəfərdir.    Hər zaman olduğu kimi Pandemiya dövründə belə xarici tələbələrimiz daim Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbələrə bir aylıq ərzaq yardımının təqdim olunması, Ramazan bayramı münasibətilə iftar payı verilməsi, maddi yardım almaq üçün elektron kartların təqdim edilməsi onlara maddi və mənəvi dəstəyin ən bariz ifadəsidir.

 “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasının müdiri Məftun Əliyevin Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi tərəfindən AMEA-nın İdaretmə İnstitutunun əməkdaşları ilə birgə “Laydan neftin qeyri-stasionar üsulla çıxarılması” adlı ixtirasına görə aldığı patent universitetin ilk elmi uğuru kimi qiymətləndirilib. Bildirilib ki, bu ilin altı ayı ərzində universitetdə kafedralar üzrə professor-müəllim heyətinin 1 dərsliyi, 4 dərs vəsaiti, 2 monoqrafiyası, 4 proqram və metodik göstərişi, 2 metodik vəsaiti, 31-i xaricdə çap olunmaqla 130 elmi məqaləsi çap olunub. Xaricdə çap olunan məqalələrdən 3-ü “Web of science” beynəlxalq elmi bazasında indeksləşmiş jurnallarda, 1-i SCOPUS elmi bazasında, 12-si digər nüfuzlu  jurnallarda nəşr olunub.

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə elmi-analitik informasiya təşkilatı olan “Clarivate Analytics”-lə (Tomson Reuters) birgə “Web of science” beynəlxalq elmi bazasının imkanları və effektiv istifadə qaydaları” mövzusunda muxtar respublikada ilk dəfə vebinar təlimin keçirilməsi müəllimlərin beynəlxalq jurnallara çıxışının təmin edilməsi üçün qiymətli mənbə rolunu oynayıb.

Rektor qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə əlaqədar universitetdə 109 ixtisas  36 təşkilata hamiliyə verilib. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında gənclərin layihələrini, ideyalarını dəstəkləmək üçün “İnnovasiya mərkəzi” yaradılıb və startap layihələrin sayı daha da artıb. Hazırda 10-dan çox startap layihəsi üzərində iş aparılır.

Tədris prosesi ilə yanaşı təlim –tərbiyə prosesinin də onlayn şəkildə davam etdirildiyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Onlayn konfranslar, seminar-treninqlər, kitab müzakirələri, yaradıcılıq müsabiqələri, konservatoriyanın müəllim və tələbələrinin ifasında onlayn konsertlər, sərgilər, ustad dərsləri bunlardan əlavə  ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsində olmaqla ilk onlayn laborator məşğələlər hesabat dövründə tərbiyə sahəsində görülən işlərin əməli nəticəsidir. Vurğulanıb ki, artıq universitet Elmi kitabxanası elektron qaydada lib.ndu.edu.az saytı vasitəsilə 24 saat onlayn fəaliyyət göstərir. Kitabxanadan istifadə etmək istəyən hər bir şəxs kitabın adını bu elektron ünvana göndərməklə 1 saat müddətində həmin kitabın pdf variantını və yaxud linkini əldə edə bilir. Memarlıq və mühəndislik fakültəsində elektron jurnal hazırlanması və bu ilki tədris prosesində istifadəyə verilməsi İKT imkanlarını istifadəsində növbəti uğur kimi qeyd edilib. Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran - rektor təhsildə innovasiyaların tətbiqi, ikili diplom layihələri, ali təhsil ocağının beynəlxalq reytinq cədvəllərində irəliləməsi, universitetin “Elmi əsərlər” jurnalının seriyalarının “Web of science” beynəlxalq elmi bazasında indeksləşməsi istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyi vurğulanıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31