SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müasir Naxçıvan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının düzgün həyata keçirilməsinin bəhrəsidir

Müasir Naxçıvan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının düzgün həyata keçirilməsinin bəhrəsidir
4-07-2020, 09:56

“Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur”, – deyən ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluş tarixi, azərbaycanlıların xilası oldu. Ölkəmizə ikinci dəfə rəhbərliyə gedən yolu Naxçıvandan keçən ulu öndərimiz muxtar respublikanın ən ağır günlərini burada naxçıvanlılarla birgə blokada şəraitində yaşadı. Bu qədim diyarın hərtərəfli blokadasının yarılmasında, insanların aclıqdan, səfalətdən, torpaqlarımızın işğal təhlükəsindən xilasında böyük fəaliyyəti ilə tarix yazdı. Dahi şəxsiyyətin bütün sahələrdə tənəzzülə uğrayan Naxçıvanda illər öncə müəyyənləşdirdiyi inkişaf strategiyası zaman-zaman burada kompleks islahatların həyata keçirilməsi, bu yolun düzgün və ardıcıl şəkildə davam etdirilməsi yüksək inkişaf göstəriciləri ilə nəticələnmişdir. Sabitlik, hərtərəfli inkişaf, rifah, insan amilinə verilən dəyər 30 il bundan öncəki Naxçıvanla bugünkü Naxçıvanın müqayisəolunmaz göstəriciləridir.

İyunun 9-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının və Prezident mükafatlarının təqdimat mərasiminin keçirilməsi yuxarıda söylənənlər fonunda öz sahəsində fərqlənənlərin əməyinin qiymətləndirilməsinin, ümumilikdə, insan amilinə verilən dəyərin davamı ilə xarakterizə olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov təltif olunanları və mükafat alanları təbrik edərək demişdir: “Təltif olunmaq fərqlənmək deməkdir. O şəxslər fərqlənir ki, onlar başqalarından daha çox səy göstərir, çalışır və öz işlərini nümunə səviyyəsinə yüksəldirlər. Təltiflər və Prezident mükafatları əlamətdar bir gündə təqdim olunur. 1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər ƏliyevAzərbaycan xalqının, o cümlədən ziyalıların tələbi ilə Naxçıvandan Bakıya qayıtmış, iyunun 15-də isə Azərbaycan Ali Sovetinin Sədri seçilmişdir. Bununla da 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Belə bir əlamətdar gündə təltif və mükafatların təqdim olunması ölkəmizdə uğurla davam etdirilən Heydər Əliyev siyasətinin bəhrəsidir. Bu günAzərbaycan inkişaf edir. Ölkəmizdə sabitlik və rifah var, fərqlənənlərin əməyi qiymətləndirilir.Bu nümunəni əsas götürən hər birşəxsisə dövlətinə, xalqına və işinə sədaqətli olur, öz vəzifələrini layiqincə yerinə yetirir”.

Ali Məclisin Sədri təltif olunanları Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, medalları vəAzərbaycan Respublikası Prezidentinin mükafatlarını təqdim etmişdir. Son 30 ilin Naxçıvanının tarixinə yazılan ən başlıca uğurlardan biri də muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasıdır. Vaxtilə idxal hesabına enerji tələbatını ödəyən muxtar respublikada hazırda elektrik enerjisinin geniş ixrac imkanları vardır. Qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası diyarımızda elektroenergetika infrastrukturunun müasir tələblərsəviyyəsində qurulmasına səbəb olub. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “…Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtarrespublikanın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikası indi özünü tam təmin edir və eyni zamanda orada ixrac potensialı da yaranmışdır. O cümlədən bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik”. Bu sahədə görülən işlərin davamı olaraq iyunun 10-da – Milli Qurtuluş Günü ərəfəsində Ali Məclisin Sədri cənab Vasif Talıbov Ordubad rayonunun Tivi kəndində olmuş, burada tikiləcək yenisu elektrik stansiyasının layihəsinə baxmışdır. Muxtar respublika rəhbəri yeni su elektrik stansiyasının əhəmiyyətini vurğulayaraq demişdir ki, muxtar respublikanın illik elektrik enerjisi tələbatı 450 milyon kilovat-saata yaxındır ki, bunun da 230 milyon kilovat-saatdan çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunur.

Bu da muxtar respublikanın illik elektrik enerjisi istehsalının 55 faizə yaxınını təşkil edir. Yeni tikiləcək Tivi Su Elektrik Stansiyasında isə illik 47 milyon kilovatsaat elektrik enerjisi istehsal ediləcək ki, bu da tələbatın 9-10 faizinə bərabərdir. Ona görə də bu stansiyanın tikilməsi mühüm əhəmiyyət daşıyır. Ali Məclisin Sədri stansiya istifadəyə verildikdən sonra muxtar respublikanın illik enerji tələbatının 70 faizə yaxınının bərpa olunan enerji mənbələri hesabına ödəniləcəyini bildirmiş, stansiyanın bünövrəsinə beton qarışığı tökmüş, tikinti işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar vermiş, xatirə şəkli çəkdirmişdir.

Həmin gün Ali Məclisin Sədri Ordubad rayonunun Biləv kəndində yenidən qurulması nəzərdə tutulan nasosstansiyasının mövcud vəziyyəti ilə maraqlanmışdır. Dövlətçilik tariximizə qızıl hərflərlə yazılan 1993-cü ilin 15 İyun – Milli Qurtuluş Günündən ötən dövr ərzindəAzərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan və möhtəşəm iqtisadi uğurlara imza atan dövlət kimi tanınır. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsindəAzərbaycan dünya birliyində öz layiqli yerini tutur, müstəqilliyini daha da möhkəmləndirir, ölkəmizdə insan amili başlıca prioritet olaraq diqqətdə saxlanılır. İyunun 15-də – Milli Qurtuluş Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfərə mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ Lifan330” markalı minik avtomobillərinin təqdim edilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında qayğıya ehtiyacı olanlara, ümumilikdə isə insan amilinə verilən dəyərdir. Ali Məclisin SədriVətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmişşəxslərin dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyini, bütün bunlarınAzərbaycanda Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin və ölkəmizin iqtisadi qüdrətinin nəticəsi olduğunu bildirmiş, dövlət və Vətən qarşısında xidməti olanlara göstərilən bu qayğının gənclərimiz üçün də nümunəyə çevrildiyini vurğulayaraq mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirmiş, mənzilin orderini və avtomobillərin açarlarını təqdim etmişdir.

Həmin gün Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fondunda saxlanan rəsm əsərlərinin və xalçaların sərgisi açılmışdır. Ali Məclisin Sədri cənab Vasif Talıbov sərgiyə baxmış, ölkəmizdə ümummilli liderimizə həsr olunmuş minlərlə rəsm əsərinin, portretin olduğunu qeyd etmiş, bunları Vətəninə, xalqına, dövlətinə ləyaqətlə xidmət edən dahi şəxsiyyətə olan xalq sevgisinin nəticəsi kimi dəyərləndirmişdir. Ulu öndərin Naxçıvan Muxtar Respublikasına ən böyük töhfələrindən biri də böyük şəxsiyyətin adını daşıyan Hərbi Liseydir. Liseyin bu il artıq 20-ci buraxılışı oldu. İyunun 17-də Hərbi Liseydə bu münasibətlə keçirilən tədbirdə iştirak edən cənab Vasif Talıbov kursant, zabit və müəllimləri, tədbir iştirakçılarını təbrik edərək Azərbaycanda ordu quruculuğunun əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, ötən əsrin 70-ci illərində hərbçi kadrların hazırlanması ilə başlanan bu prosesin dahişəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk milli ordu qurumunun yaradılması, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Silahlı Qüvvələrin formalaşdırılması ilə davam etdirildiyini vurğulamışdır. Ali Məclisin Sədri bu sahədə görülən işlərin tərkib hissəsi olaraq ulu öndərin sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının, ölkə Prezidentinin sərəncamı ilə 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldığını bildirmiş və demişdir: “Heydər Əliyev adına Hərbi Lisey Azərbaycanda ixtisaslı hərbçi kadrların hazırlanması işinə mühüm töhfə verir. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 314 kursant təhsil alır və bu gün 20-ci buraxılış mərasimi keçirilir. Ötən dövrdə Hərbi Liseyi 3300-dən artıq kursant bitirərək ali hərbi məktəblərə qəbul olmuşdur.AzərbaycanRespublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının timsalında sağlam, vətənpərvər və əqidəli gəncliyimizi, etibarlı gələcəyimizi görür və bununla fəxr edirik!” Ali Məclisin Sədri buraxılış münasibətilə kursantları təbrik etmiş, qarşıya qoyulan vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə onlara uğurlar arzulamış, əlaçı kursantlara attestatları təqdimetmiş, zabit,müəllim və kursantları mükafatlandırmışdır.

Blokadanın ilk illərində kəsilərək yanacaq kimi evlərin qızdırılmasında istifadə olunan ağacların kötüklərinin yaratdığı mənzərəni ümummilli liderimiz böyük yanğı ilə “təbiət qəbiristanlığı” adlandırırdı. O illərdən bu illərədək ötən dövrdə muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülmüşdür. Hansı ki ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici yalnız 0,6 faizə bərabər idi. Bütün bunlara isə artıq ənənə şəklini almış iməciliklər sayəsində nail olunub. İyunun 20-də muxtar respublikada keçirilən növbəti iməciliklər illərin bəhrəsi olan yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilməsi məqsədi daşımışdır. İməcilikdə iştirak edən Ali Məclisin Sədri meyvə bağlarına qulluğun davam etdirilməsi barədə tapşırıqlar vermişdir. Naxçıvanda insan amilinin əsas prioritet olduğunu təsdiqləyən məsələlərdən biri də burada həmişə sakinlərin rahatlığına diqqət və qayğı göstərilməsidir.

İyunun 22-də Naxçıvan Şəhər Nəqliyyatİdarəsinə 6 yeni avtobusun təqdim olunması da bu qayğının davamıdır. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri çıxış edərək demişdir ki, muxtar respublika daxilində bütün yaşayış məntəqələrini əhatə etməklə 140-a yaxın marşrut xəttində dövlət və şəxsi nəqliyyat vasitəsilə, eləcə də taksilərlə əhaliyə sərnişindaşıma xidməti göstərilir. Bu da xidmətin düzgün rəqabət şəraitində təşkilinə hesablanıb. Təqdim olunan yeni avtobuslar Naxçıvan şəhərdaxili marşrutunda fəaliyyət göstərəcəkdir. Naxçıvan şəhərinin muxtar respublikanın paytaxtı olduğunu, buna görə də hər gün rayon mərkəzi və kəndlərdən Naxçıvan şəhərinə marşrutlar işlədiyini, əhalinin Naxçıvan şəhərinə daha çox gəldiyini vurğulayan Ali Məclisin Sədri bütün bunların şəhərdaxilisərnişindaşıma xidmətinin müasirtələblər səviyyəsində qurulmasını zəruri etdiyini, tələbata uyğun alınan müasir avtobusların sərnişinlərə yüksək səviyyəli xidmət göstərməyə imkan verəcəyini bildirmişdir.

Eyni zamanda yeni avtobusların sərnişindaşıma xidmətini yaxşılaşdırmaqla yanaşı, həm də 12 nəfərin işlə təmin olunacağını qeyd edən muxtar respublika rəhbəri avtobuslardan istifadə edəcək sürücülərin seçiminə diqqət yetirilməsi və xidmətin təşkili ilə bağlı tapşırıqlar vermişdir. Muxtar respublikamızda ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf xəttinin uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün qəsəbələrimiz şəhərləşir, kəndlərimiz qəsəbə statusu alır.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il iyunun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilməsi Naxçıvanın sürətli inkişaf yolunda olmasının bariz göstəricisidir. İyunun 24-də Babək Rayon Mədəniyyət Sarayında Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimat mərasimi keçirilmiş, Ali Məclisin Sədri cənab Vasif Talıbov çıxış edərək qərarın qəbuluna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını, hörmət və ehtiramını bildirmiş, bütün rayon əhalisini təbrik etmişdir.

Ali Məclisin Sədri demişdir ki, yaşayış məntəqələrinin böyüməsi, məskunlaşmanın artması, yeni qəsəbə və şəhərlərin yaranması müstəqil Azərbaycanın inkişaf reallıqlarıdır. Bu gün ölkə Prezidenti tərəfindən davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi inkişaf edən Babək şəhəri, Nehrəm və Cəhri qəsəbələridir. Babək rayonunun inzibati ərazi bölgüsündə edilən dəyişiklik qarşıya daha mühüm vəzifələr qoyur. Bundan sonra da rayonda sosial-iqtisadi inkişaf təmin edilməli əhalinin məşğulluğu, rifahı və rahat yaşayışı diqqətdə saxlanılmalı, təsərrüfatlar daha da genişləndirilməli, yeni istehsal və xidmət sahələri yaradılmalı, qanunun tətbiqi ilə bağlı nəzərdə tutulan vəzifələr vaxtında icra olunmalıdır. Ölkəmizdə güclü, nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmışdır.

Dahi liderin şəxsi təşəbbüsü ilə hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. Peşəkar ordunun yaradılmasına isə ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin rəhbərliyiiləNaxçıvanda başlanılmışdır. Azərbaycan Ordusu bu gün ölkə vətəndaşlarının hər birinin qürur yeridir. İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilmiş,Ali Məclisin Sədri iclasda çıxış edərək Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərə xronoloji ardıcıllıqla nəzər salaraq demişdir: “1998-ci ilin dekabrın 8-də isə Naxçıvan ordu korpusu yaradıldı. Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövrün tələbinə uyğun olaraq ordu quruculuğu sahəsində görülən işlər bütün sahələrdə inkişafı təmin etmişdi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Güclü, qüdrətli orduAzərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır”. Bu gün ulu öndərimizin ordu quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında öz yerini tutub. Görülən işlərin nəticəsi olaraq AzərbaycanRespublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanı ilə 5 saylı ordu korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Azərbaycanda 26 iyun tarixi Silahlı Qüvvələr Günü olaraq bayram kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin gün ərəfəsində – 2020-ci il 25 iyun tarixli Sərəncamına əsasən Naxçıvan Hərbi Qarnizonunun rəisiKərəmNəriman oğluMustafayevə general-polkovnik ali hərbi rütbəsi verilmiş, digər Sərəncamla isə 5 zabit orden və medallarla təltif olunmuşdur.

Ali Məclisin Sədri 26 iyunAzərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Silahlı Qüvvələrimizin Naxçıvandakı ordu, birləşmə və hissələrinin şəxsi heyətini, onların ailə üzvlərini,şəhid ailələrini, müharibə veteranlarını, muxtar respublika əhalisini təbrik etmiş, generalpolkovnik ali hərbi rütbəsini Kərəm Mustafayevə təqdim etmişdir. Torpaqlarımızın qorunması, sərhədlərimizin təhlükəsizliyi muxtar respublikamız üçün nə qədər strateji əhəmiyyətə malikdirsə,strateji ərzaq məhsulu olan taxılın bol olması da bir o qədər vacibdir. Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında torpaq və su ehtiyatlarından səmərəli istifadə, əkinçiliyin inkişafı mühüm yer tutur. Mütərəqqi irriqasiya sistemlərinin qurulması əkin sahələrini genişləndirir, uzun illər əkilməyən torpaqlarda bol məhsul istehsalına zəmin yaradır. Xüsusilə strateji ərzaq məhsulu taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi, iqlim xüsusiyyətlərinə uyğun keyfiyyətli toxum sortlarından istifadə və məhsulun itkisiz yığılması qarşıda duran əsas vəzifələrdəndir.

İyunun 27-də “BərəkətToxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsində taxıl biçininin gedişi və qarşıda duran vəzifələr barədə səyyar müşavirənin keçirilməsi bu sahənin muxtar respublikada nə qədər böyük diqqət və qayğı ilə əhatə olunduğunun göstəricisidir. Ali Məclisin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış edərək ərzaq təhlükəsizliyinin təminatının əsasını təşkil edən taxılçılığın inkişafı ilə bağlı muxtar respublikada həyata keçirilən çoxsaylı tədbirlərdən danışaraq bildirmişdir ki, bütün bunlar gələcəkdə də muxtar respublikanın taxıl zəmilərindən yüksək nəticələr əldə etməyə zəmin yaradır. Ali Məclisin Sədri bu işdə əməyi olanlara təşəkkürünü bildirmiş, müvafiq tapşırıqlar vermişdir.

Tariximizə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə əlamətdar ay kimi yazılan iyun ayının ümumi mənzərəsində yenə də Naxçıvanın sürətli inkişafını, gələcəyə hesablanmış prioritetlərə bu gün əsaslı zəmin yaradıldığını müşahidə etdik. Ötən ayın xronikasını təşkil edən hadisələrin hər birində ulu öndərimizin ideyalarına sədaqət, onun müəyyənləşdirdiyi xəttin davam etdirilməsi muxtar respublikanın hələ qarşıda daha böyük nailiyyətlərə sahib olacağından xəbər verir. Çünki müasir Naxçıvan bu siyasətin uğurlu bəhrəsidir.

Mətanət MƏMMƏDOVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31