SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanları başa çatıb

AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanları başa çatıb
30-06-2020, 15:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün 10 oktyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 24-29 iyun tarixlərdə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilmişdir.

Müsabiqəyə çıxarılmış 27 vakant vəzifənin tutulması üçün 14 nəfər sənəd təqdim etmişdir. Test imtahanında iştirak etmiş 12 namizəddən 7 nəfəri müvafiq keçid balını toplamışdır. Qanunverciliyə uyğun olaraq keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıbdır.

İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. İmtahanda namizədlərə ixtisas üzrə 40, informasiya texnologiyaları üzrə 20, dünyagörüşü üzrə 20, ingilis dili üzrə isə 20 sual olmaqla 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilmişdir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
İmtahanda iştirakçılar tibbi maskadan istifadə etmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031