SON DƏQİQƏ

naxcivanxeberleri.com

 Naxçıvanda müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edilib

 Naxçıvanda müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edilib
30-06-2020, 10:00

Müsabiqəyə 267 vakant vəzifə çıxarılıb. Müsabiqədə iştirak etmək istəyən şəxslər 30 iyun - 30 iyul 2020-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə müraciət edə bilərlər. Maraqlananlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakant vəzifələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

https://www.dqmk.nmr.az/muellim_vakant_yerler_30_06_2020.php

        

 

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: [email protected]

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031