SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda yeni ərazi əkinə yararlı vəziyyətə salınıb

Sədərək rayonunda yeni ərazi əkinə yararlı vəziyyətə salınıb
27-06-2020, 12:35

Rayon ərazisində yerləşən 5 hektarlıq ərazi təmizlənərək əkinə yararlı vəziyyətə gətirilib. Halhazırda ərazi texnika vasitəsi ilə təmizlənir. Hazırlanan sahənin payızda əkilməsi nəzərdə tutulur. Qeyd edək ki, Sədərək rayon sakinləri bununla kifayətlənmir. Rayonda hamının kifayət qədər torpaq sahəsi var. Həmin torpaqlardan səmərəli istifadə olunması üçün hər cür texniki və maliyyə dəstəyi göstərilir. Gün-güzəranımızı yaxşılaşdırmaq, əkinçiliyi daha da inkişaf etdirmək üçün göstərilən diqqət və qayğıdan yüksək səviyyədə yararlanılır.

Rayonumuzun torpaq mülkiyyətçiləri keyfiyyətli və bol məhsul yetişdirmək, öz ailə gəlirlərini daha da gücləndirmək, süfrələrində yerli məhsulların bolluğunu yaratmaq üçün bütün qüvvələrini səfərbər edirlər.

“Oğuz yurdu” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031