SON DƏQİQƏ

21:08 - Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib-RƏSMİ-VİDEO

20:43 - Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında telofon danışığı olub

20:16 - Ali məktəblərə qəbul olunmaq üçün subbakalavrların ərizə qəbulu davam edir

20:02 - Abituriyentlər üçün teledərslərin növbəti buraxılışında

19:51 - Azərbaycan, Əfqanıstan və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib

19:37 - İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Ermənistanın təxribatını pisləyən yazılar dərc olunub

19:09 - Qazaxıstan COVID-19 ilə bağlı məhdudiyyətləri iyulun sonuna qədər uzadacaq

18:45 - Tovuzun Ağdam və Dondar Quşçu kəndləri D-30 topundan atəşə tutulub

18:33 - Müdafiə Nazirliyi: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur

18:21 - "Türk Hava Yolları" beynəlxalq uçuşlarının sayını artırır

18:07 - DTX: Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə şübhəli bilinən sabiq müdafiə naziri Rəhim Qazıyev saxlanılıb

17:55 - İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda “Nağı Nağıyev-110” mövzusunda onlayn elmi konfrans keçirilib

17:45 - Prezident İlham Əliyev Emmanuel Makrona təbrik məktubu göndərib

17:36 - Şəhidlərimizə görə telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxarıb - MTRŞ

17:22 - Nağı Nağıyevin əsərlərinin bədii dili və ana dili məsələləri

naxcivanxeberleri.com

2 -3 iyulda keçiriləcək imtahanlara buraxılış vərəqəsinin verilməsinə başlanıldı

2 -3 iyulda keçiriləcək imtahanlara buraxılış vərəqəsinin verilməsinə başlanıldı
26-06-2020, 13:30

2 və ya 3 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahaha buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, iştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

2 və ya 3 iyul tarixlərində (Qrafik) imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:

– Əvvəlki illərin məzunları üçün I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı, Naxçıvan;

– 9 və ya 11-ci sinif üzrə buraxılış imtahanları;

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

– Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı, Naxçıvan.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031