SON DƏQİQƏ

naxcivanxeberleri.com

Koronavirusun təsvirinə yeni simptomlar əlavə edilib

Koronavirusun təsvirinə yeni simptomlar əlavə edilib
26-06-2020, 12:07

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yeni növ koronavirusun təsviri üçün simptomların siyahısını genişləndirib.

NAXCİVANXEBERLERİ.COM “RİA Novosti”yə istinadən xəbər verir ki, koronavirus infeksiyası simptomlarının yenilənmiş siyahısına burun tıxanması, burun axması, ürək bulanması və ishal da daxil edilib.

Xatırladaq ki, daha əvvəl sanitar tənzimləyici koronavirusun yalnız üç ümumi simptomunu – yüksək hərarət, öskürək və nəfəs darlığını göstərib. Ardından boğaz ağrısı, titrəmə, əzələ ağrısı, dad və ya qoxu hissinin itirilməsi də simptomları siyahısına əlavə edilib.

Mərkəz eyni zamanda qeyd edib ki, siyahıya bütün mümkün simptomlar daxil edilməyib. Məlumatlar koronavirus haqqında yeni bilgilər əldə edildikcə yenilənəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031