SON DƏQQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovun 150 illiyinə həsr olunan elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovun 150 illiyinə həsr olunan elmi konfrans keçirilib
17-06-2020, 17:47

AMEA-nın Naxçıvan Bölməsində görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr olunmuş onlayn elmi konfrans keçirilib.

 

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirin Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixli Sərəncamına əsasən keçirildiyini deyib. O, yazıçının həyat və yaradıcılıq fəaliyyətindən bəhs edərək bildirib ki, dövrünün görkəmli şəxsiyyətlərindən olan Nəriman Nərimanov hər zaman Azərbaycanın milli mənafeyini yüksək tutub.

İsmayıl Hacıyev diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti, böyük səyləri sayəsində Nəriman Nərimanovun 100 və 125 illik yubileyləri qeyd olunub, ulu öndərin təşəbbüsü ilə ədibin Bakıda əzəmətli abidəsi ucaldılıb, ev-muzeyi yaradılıb.

Vurğulanıb ki, Azərbaycan tarixində, ədəbiyyatında özünəməxsus xidmətləri olan görkəmli yazıçının fəaliyyətini əks etdirən çoxsaylı kitab və monoqrafiyalar çap edilib. Ölkə Prezidentinin sərəncamına uyğun olaraq Nəriman Nərimanovun ictimai, siyasi fəaliyyətinin təbliği istiqamətində mühüm işlər görülüb.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi Musa Quliyevin “Görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanov”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Nəriman Nərimanov və dil məsələləri”, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Nəriman Nərimanovun dramaturgiyası” və şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Nəriman Nərimanovun publisistikası” mövzusunda məruzələri dinlənilib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930