SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada dövlət qulluqçularının andiçmə mərasimi keçirilib-FOTO

Muxtar respublikada dövlət qulluqçularının andiçmə mərasimi keçirilib-FOTO
12-06-2020, 16:56

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış dövlət qulluqçularının andiçmə mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək andiçmənin Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini qeyd edib. Bildirib ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitlik bərqərar edilib, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılıb və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub.

İsmayıl Qəribli muxtar respublikada bütün sahələr kimi, dövlət qulluğu sahəsinın də qayğı ilə əhatə olunduğunu, müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi yaradıldığını bildirib. Qeyd edilib ki, dövlət orqanları üçün yeni inzibati binaların tikilib istifadəyə verilməsi, bacarıq və peşəkarlığı yüksək olan dövlət qulluqçularının təltif edilməsi, dövlət idarəçiliyi sistemində texnologiyaların tətbiqi, “Elektron hökumət”in, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin qurulması bunun bariz nümunəsidir.

Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən də danışan İsmayıl Qəribli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması vətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açıb. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 40 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, işgüzar, savadlı, bacarıqlı, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabiliyyəti olan dövlət qulluqçularıdır.

Sonra gənc dövlət qulluqçusu Təranə İsmayılova çıxış edərək bildirib ki, bu gün muxtar respublikada gənclərin inkişafı və özünütəsdiqi üçün hər cür şərait mövcuddur. Muxtar respublikanın bütün şəhər və kəndlərində yeni məktəb binaları, universitetlər üçün tədris korpusları tikilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, mütəxəssis və kadrların hazırlığı üçün zəruri şərait yaradılmışdır. Mən də yaradılmış şəraitdən istifadə edərək 2015-ci ildə Şərur rayon Kürkənd kənd tam orta məktəbini bitirmiş və 692 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olunmuşam. Ötən il Universiteti fərqlənmə ilə bitirərək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi hazırlıq kursunda iştirak etmiş və keçirilən imtahanlarda 98 bal toplayaraq Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində iclas katibi vəzifəsinə təyin olunmuşam.

Təranə İsmayılova yaradılmış şəraitə və göstərilən qayğıya görə gənc dövlət qulluqçuları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlığımı bildirib.

Müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Dövlət qulluqçuları andın mətnini imzaladılar.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri dövlət qulluqçularına səlahiyyətlərini icra edərkən, ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, vəzifələrini böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməli olduqlarını xatırladaraq onların anda sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə, göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Andiçmə mərasimində sosial məsafə qorunub, tibbi maskalardan istifadə olunub və digər sanitar-gigiyenik tələblərə əməl edilib.

Xatırladaq ki, müsabiqəyə 225 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 574 nəfər sənəd təqdim etmişdir. Müsabiqənin test imtahanları mərhələsində 557 namizəd iştirak etmiş, 269 namizəd keçid balını toplaya bilmişdir. Müsahibə mərhələsində müvəffəqiyyət qazanmış 64 namizəd vakant vəzifələrə təyin olunmuşdur. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 59 nəfər andiçmə mərasimində iştirak etmişdir. Onlar 20 nəfərdən ibarət qruplar şəklində and içiblər.

 

Muxtar respublikada dövlət qulluqçularının andiçmə mərasimi keçirilib-FOTO

Muxtar respublikada dövlət qulluqçularının andiçmə mərasimi keçirilib-FOTO
Muxtar respublikada dövlət qulluqçularının andiçmə mərasimi keçirilib-FOTO

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930