SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

Muxtar respublikada əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb
8-06-2020, 16:59

Muxtar respublikada sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü islahatlar yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olmuşdur.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, İqtisadi sahədə qazanılmış nailiyyətlər sosial müdafiə tədbirlərinin də əhatə dairəsinin genişlənməsinə və keyfiyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərmişdir.

Əhalinin həssas qrupuna daxil olan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi ilə bağlı tədbirlərin muxtar respublikamızda müvəffəqiyyətlə icrası da daim diqqət mərkəzində saxlanılır. Onlara göstərilən xidmətlərin operativliyinin təmin olunması məqsədilə müxtəlif layihələr uğurla icra olunur.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə öz üzərinə düşən tapşırıqların yüksək səviyyədə icrası üçün mütəmadi olaraq işlər görür. Belə ki, Fond Milli Qurtuluş Günü ərəfəsində iyun ayında pensiyaların maliyyələşdirilməsi sahəsində işləri başa çatdırmışdır. Görülmüş tədbirlər nəticəsində pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi təmin olunmuşdur. Pensiyalar plastik bank kartları vasitəsilə və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələri vasitəsilə ödənilmişdir. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün də müvafiq tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respubilkası Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi və pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün müvafiq işləri bundan sonra da davam etdirəcək.

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930