SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda iki kəndə qəsəbə, bir qəsəbəyə şəhər statusu verilir

Naxçıvanda iki kəndə qəsəbə, bir qəsəbəyə şəhər statusu verilir
5-06-2020, 20:40

“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi Babək rayonunun Nehrəm və Cəhri kəndlərinə qəsəbə statusu verilməsini nəzərdə tutur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Bundan başqa, layihədə Babək rayonunun mərkəzi olan Babək qəsəbəsinə şəhər statusunun verilməsi təklif olunur.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi iyunun 8-də parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

   

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930