SON DƏQQƏ

naxcivanxeberleri.com

Kommunal təyinatlı bir sıra nəqliyyat vasitələri istifadəyə verilmişdir-FOTO

Kommunal təyinatlı bir sıra nəqliyyat vasitələri istifadəyə verilmişdir-FOTO
5-06-2020, 15:49

Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə, eləcə də müvafiq rayon kommunal müəssisələrinin və bələdiyyələrin istifadəsinə kommunal təyinatlı bir sıra nəqliyyat vasitələri verilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə,

Həmin 14 nəqliyyat vasitəsindən 5-i bərk tullantıların daşınması üçün “Kamaz”, 6-sı məişət tullantılarının daşınması üçün, 3-ü isə digər kommunal təyinatlı texniki nəqliyyat vasitəsidir.
Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov bildirmişdir ki, muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri bütün yaşayış məntəqələrinə müasir görünüş vermişdir. Bu abadlığın və ən əsası səliqə-sahmanın qorunması isə başlıca vəzifələrdəndir. Məhz buna görə də kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi əhaliyə göstərilən xidmətin səviyyəsini daha da yüksəltməkdən ibarətdir. Bu gün Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə, müvafiq rayon kommunal müəssisələrinin və bələdiyyələrin istifadəsinə nəqliyyat vasitələrinin verilməsi belə silsilə tədbirlərin davamıdır.

Baş Nazir onu da bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2017-ci ilin əvvəlindən etibarən kənd yaşayış məntəqələrində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin bələdiyyələr tərəfindən həyata keçirilməsinə başlanılıb və bu layihə uğurla davam etdirilir. Muxtar respublikamızda yeni növ pandemiyanın az hiss edilməsinin səbəblərindən biri də, məhz vaxtında gigiyenik qaydalara tam əməl olunması, binaların zirzəmilərinin daim təmiz saxlanılması, məişət tullantılarının məhvi və bu istiqamətdə digər qabaqlayıcı tədbirlərin yüksək səviyyədə təşkili ilə əlaqədardır.
Göstərilən qayğının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq tapşırıqlarına uyğun olaraq yeni alınan 5 ədəd “Kamaz” markalı nəqliyyat vasitələrinin dəyərinin ödənilməsi üçün, ümumilikdə, 627 760 manat vəsait ayrılmışdır. Qeyd edək ki, Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə verilən həmin nəqliyyat vasitələri 2020-ci il istehsalı olmaqla, müasir tipli texniki avadanlıqlara təchiz edilmişdir. Yeni istifadəyə verilən “Kamaz” tipli nəqliyyat vasitələrinin 3-ü 14 m3, 2-si isə 10 m3 yükgötürmə qabiliyyətlidir.
Tədbirdə Şərur Rayon Kommunal Müəssisələr Kombinatına 2 kommunal təyinatlı texniki nəqliyyat vasitəsi, Babək Rayon Kommunal Müəssisələr Kombinatına 1 texniki təyinatlı nəqliyyat vasitəsi, eləcədə rayonun Nehrəm və Cəhri bələdiyyələrinin hər birinə 1 ədəd olmaqla məişət tullantısı daşıyan, Ordubad Rayon Kommunal Müəssisələr Kombinatına 1 məişət tullantısı daşıyan, Culfa Rayon Kommunal Müəssisələr Kombinatına və rayonun Yaycı bələdiyyəsinə, həmçinin Şahbuz Rayon Kommunal Müəssisələr Kombinatına ayrılıqda 1 məişət tullantısı daşıyan nəqliyyat vasitələri verilmişdir.
Səbuhi Məmmədov təqdim edilən nəqliyyat vasitələrindən istifadənin işin keyfiyyətinin dahada yüksəlməsinə təsir edəcəyini bildirmiş, dövlətimizin göstərdiyi qayğıdan lazımınca yararlanmağı tövsiyyə etmiş, kollektivə uğurlar arzulamışdır.

Click to enlarge image 112.jpgClick to enlarge image 113.jpgClick to enlarge image 114.jpgClick to enlarge image 115.jpgKommunal təyinatlı bir sıra nəqliyyat vasitələri istifadəyə verilmişdir-FOTO
Kommunal təyinatlı bir sıra nəqliyyat vasitələri istifadəyə verilmişdir-FOTO
Kommunal təyinatlı bir sıra nəqliyyat vasitələri istifadəyə verilmişdir-FOTO

 

  

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930