SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu elan edir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi  2020-2021-ci tədris ili üçün Şərur Şəhər Fizika-Riyaziyyat  Təmayüllü Liseyə şagird qəbulu elan edir
6-05-2020, 11:41

 

Liseyə şagird qəbulu 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin VII sinifində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
  3. Valideynin ərizəsi
  4. Təhsil aldığı məktəbdən arayış
  5. Sağlamlıq haqqında arayış

 Sənədlər 06 may 2020-ci il tarixdən 29 may 2020-ci il tarixədək saat 900-dan 1800-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə qəbul ediləcəkdir.

Müsabiqə 10 iyun 2020-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə saat 1000-da keçiriləcəkdir.

Şagirdlərin nəzərinə çatdırılır ki, Liseyə qəbul  üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat fənni üzrə 25, fizika fənni üzrə 25, ingilis dili fənni üzrə 15, biologiya fənni üzrə 5, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə 7 fəndən 100 sual təqdim olunacaqdır. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.

Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird Liseyə qəbul olunacaqdır.

 

Ünvan: Şərur şəhəri, Sabir küçəsi 26
Əlaqə nömrəsi: (036) 542-30-76

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930