SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti  bir sıra qərarlar qəbul edib
30-04-2020, 18:10

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aprel ayının ikinci yarısında bir sıra qərarlar qəbul etmişdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin 2020-ci ilin 16 aprel tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Həmkarlar İttifaqları Şurası və Sahibkarlar Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş bağlanılmışdır.

Nazirlər Kabinetinin 20 aprel tarixli qərarları ilə “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda, “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin daxili intizam Qaydaları”nda və “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilmişdir. Müvafiq Qaydalarda edilmiş dəyişikliyə əsasən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində saxlanılan əcnəbilərə qanunvericiliyə uyğun olaraq ödənişsiz psixoloji yardım göstərilir.

Bununla yanaşı, Nazirlər Kabinetinin 2020-ci il 25 aprel qərarları ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının tərkibində dəyişikliklər edilmiş və “Naxçıvan Muxtar Respublikasında fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” təsdiq edilmişdir. Müvafiq Qaydalara görə fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydalarla müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxslər tərəfindən səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar, avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq, hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları, təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş digər mallar gömrük sərhədindən keçirilə bilər.

 Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930