SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda qarğıdalı əkininə maraq artıb

Naxçıvanda qarğıdalı əkininə maraq artıb
30-04-2020, 11:21

Naxçıvan Muxtar Respublikasında yaz əkinlərində əsas yerlərdən birini qarğıdalı tutur. Bu məhsuldar bitkinin əkilməsinə təsərrüfat sahibləri tərəfindən maraq ildən-ilə artır. İqtisadi baxımdan sərfəli olan qarğıdalı həm də qida elementləri ilə zəngindir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, təkcə ötən il muxtar respublikada min hektardan artıq sahədə qarğıdalı əkini aparılıb, 8 min 400 tona yaxın məhsul əldə edilib.

Qarğıdalının geniş şəkildə əkilib-becərilməsi həm qida sənayesinin, həm də heyvandarlıq sahəsinin inkişafına öz töhfəsini verir. Ailə təsərrüfatçıları da dövlət tərəfindən onlara göstərilən dəstəkdən yararlanaraq öz əkin sahələrini genişləndirir, məhsuldar toxum sortları ilə əkinlər həyata keçirirlər. Həmin ailə təsərrüfatçılarından biri də Babək rayonunun Xəlilli kənd sakini Elçin Xəlilovdur. O daha iki ailə təsərrüfatı ilə birlikdə öz təsərrüfatını birləşdirərək 10 hektar sahədə əkin işləri aparıb.

Elçin Xəlilov bildirib ki, onlar 10 hektar ərazinin 8 hektarında qarğıdalı, 2 hektarında isə bostan bitkiləri əkiblər. Qarğıdalı əkinlərini şırımlarla suvarma tətbiq edərək suvarırlar. Suvarma bu üsulla aparılanda bitki köklərinə ziyan vermir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov qeyd edib ki, qarğıdalı əkinlərinin həyata keçirilməsində və əkinlərə aqrotexniki qulluğun göstərilməsində dövlət fermerlərə hərtərəfli dəstək göstərir. Üzunmüddətli güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat təsərrüfat sahiblərinin əkinçiliyə marağını daha da artırıb. Son dövrlərdə havaların yağıntılı olmasının kənd təsərrüfatı sahəsinə müsbət təsir göstərdiyini qeyd edən mütəxəssis vurğulayıb ki, yağıntılı hava şəraiti dağlıq ərazilərdə əkilən dəmyə əkin sahələrinə də çox müsbət təsir göstərir.

Qeyd edək ki, muxtar respublikada sahibkarların maliyyə resurslarına çıxış imkanlarının əlçatan olması, xüsusilə də kreditlər üzrə düzgün biznes qiymətləndirilməsinin aparılması və aşağı faiz dərəcələrinin tətbiqi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların öz təsərrüfatlarını genişləndirməsinə yol açıb.

 

Rauf KƏNGƏRLİ

Naxçıvanda qarğıdalı əkininə maraq artıb
Naxçıvanda qarğıdalı əkininə maraq artıb
Naxçıvanda qarğıdalı əkininə maraq artıb
Naxçıvanda qarğıdalı əkininə maraq artıb
Naxçıvanda qarğıdalı əkininə maraq artıb

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930