SON DƏQQƏ

naxcivanxeberleri.com

"Prezident ölkə iqtisadiyyatının dayanıqlı inkişaf etməsinə xüsusi diqqət ayırır" - AÇIQLAMA

"Prezident ölkə iqtisadiyyatının dayanıqlı inkişaf etməsinə xüsusi diqqət ayırır"  - AÇIQLAMA
30-04-2020, 10:19

"Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti də İlham Əliyevlə görüşündə bunu bütün dünyaya bir nümunə kimi təqdim edərək təcrübə mübadiləsi aparmış oldu".

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfrans vasitəsilə baş tutan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, pandemiyanın idarə edilməsində artıq Azərbaycan modeli deyilən bir anlayış yaradılıb və bir çox dövlətlər istər ümumi daxili məhsul həcminə görə, istər adambaşına düşən məhsul istehsalına görə və istərsə də digər göstəricilərinə görə Azərbaycandan daha çox imkana sahib olan dövlətlər bu pandemiya dövründə virusun yayılmasının qarşısı dayanıqlı şəkildə ala bilmədilər:

"Azərbaycanda bu istiqamətdə Prezident İlham Əliyevin sərəncamları əsasında 3 milyard yarımdan çox vəsait pandemiyanın zərərlərinin qarşısını almağa sərf edildi. Bununla da həm iqtisadi, həm də sosial sahələrdə müvafiq işlər görüldü. Eyni zamanda xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirildi. Azərbaycan Prezidenti ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişaf etməsinə də xüsusi diqqət ayırır. Bütün bu proseslər fonunda iqtisadiyyatımızın zərbələrə qarşı dözümlü olduğu müəyyən edildi. Bu da Prezident tərəfindən vaxtında atılmış düzgün addımlarının nəticəsidir. Bununla da biz post-pandemiya dövrünü də daha tez başa vuracağıq. Bəzi dövlətlərin bir neçə ilə keçəcəyi yolu, biz 3-4 dəfə daha qısa müddətdə keçəcəyik".

YAP Gənclər Birliyinin sədri vurğulayıb ki, ölkədəki bu proseslər digər dövlətlər tərəfindən də izlənilir və Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyinin təşəbbüsü də sırf bununla bağlıdır:

"Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi bütün bu prosesləri görür. Azərbaycanda xüsusilə pandemiya dövründə heç bir sosial və iqtisadi layihələrdə geriləmə olmayacağını Prezident dəfələrlə vurğulayıb. Bu yaxınlarda məcburi köçkünlərin evlərinin tikilməsi ilə bağlı Prezident İlham Əliyev Abşeronda oldu və tikintinin vaxtında başa çatması üçün öz tapşırıq və tövsiyyələrini verdi. Göründüyü kimi, Azərbaycanda bütün sosial və iqtisadi layihələr həyata keçirilir, lakin, dünya ölkələrində eyni mənzərə ilə qarşılaşmaya bilərik. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti İlham Əliyevlə görüşündə bunu bütün dünyaya bir nümunə kimi təqdim edərək təcrübə mübadiləsi aparmış oldu".

Seymur Orucov qeyd edib ki, Azərbaycanın bu ilin ilk 3 ayını əlavə gəlirlə başa vurması ölkədə dayanıqlı iqtisadiyyatın qurulduğundan xəbər verir və bu model Avropa dövlətləri üçün nümunə kimi göstərilə bilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930