SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda mobil rabitə xidmətinin dəyəri 2,8 faiz artıb

Naxçıvanda mobil rabitə xidmətinin dəyəri  2,8 faiz artıb
27-04-2020, 11:46

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 2020-ci ilin ilk rübündə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 1 poçt bölməsi yeni bina ilə təmin olunmuş, 1 avtomat telefon stansiyası quraşdırılmışdır.
Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün bina istifadəyə verilmişdir. Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilmiş, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, Kəngərli rayonunda rabitə evinin tikintisinə başlanılmışdır.

2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələyərək 13 milyon 380 min 100 manat olmuşdur. Ümumi xidmətlərin 80,2 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artmışdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930