SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə qal, şahmat oyna” devizi ilə videodərslər keçirilir-FOTO

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə qal, şahmat oyna” devizi  ilə videodərslər keçirilir-FOTO
25-04-2020, 13:46

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə qal, şahmat oyna” devizi  ilə videodərslər keçirilir.

 COVİD-19 pandemiyası səbəbilə onlayn şəkildə keçirilən dərslərdə federasiyanın bütün şagirdləri iştirak edirlər. İnternet resurslarından yararlanan zəka sahiblərinə dərslər qrossmeyster Urfan Sevdimalıyev, beynəlxalq ustalar Toğrul Həsənzadə və Talıb Babayev tərəfindən tədris olunur. Videodərslərin təşkilində məqsəd şahmatçıların evdə asudə vaxtlarının səmərəli təşkilinə və məşğələlərdən geri qalmamasına nail olmaqdır.

Onlayn şahmat dərslərində ikiqat dünya çempionu, qrossmeyster İlahə Qədimova da bilik və bacarıqlarını gənc zəka sahiblərinə aşılayıb.

Həftənin bütün günləri keçirilən dərslərlə yanaşı, Şahmat Federasiyası tərəfindən mütəmadi olaraq blits, bullet turnirləri və yoldaşlıq görüşləri də təşkil edilir. Həmçinin Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Mersinin Modern Şahmat Kulubunun, Grand Master Şahmat Klubunun və Şah Şahmat Klubunun şahmatçıları arasında rapid turnir də keçirilib.

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi və SOCAR-Türkiyənin birgə təşkilatçılığı ilə internet üzərindən şahmat yarışı təşkil edilib. Yarışda Azərbaycan komandası ilə Türkiyədə yaşayan Azərbaycanlı şahmatçılarımız qarşı-qarşıya gəliblər. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimi, qroysmesster Urfan Sevdimalıyev də Azərbaycan komandasının heyətində mübarizə aparıb.

Azərbaycanda şahmatın təbliği və inkişafı, pandemiya şəraitində şahmatçıların oyun praktikasının saxlanması məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə internet üzərindən şahmat üzrə bullet (sürətli şahmat) birinciliyi keçirilib. Turnirdə FİDE əmsalı 2200-dən yuxarı, qadınlarda isə 1900-dan yuxarı olan şahmatçılar iştirak ediblər.  Həmçinin 2016-cı ildə 16 yaşa qədər yeniyetmələr arasında keçirilən Ümumdünya şahmat olimpiadasının qalibləri, son üç ildə keçirilmiş yaş qrupları üzrə Dünya və Avropa birinciliklərinin qalibləri və mükafatçıları, oğlan və qızlar arasında  2019-cu il Azərbaycan çempionatının (8-18 yaş) qalib və mükafatçıları mübarizə aparıblar. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 5 zəka sahibi də birincilikdə zəka gücünü sınayıb. Onlar arasında ən uğurlu nəticə göstərən 1-ci Azərbaycan çempionatının iştirakçısı olmuş şahmatçımız Urfan Sevdimalıyev olub.

Qeyd edək ki, Şahmat Federasiyası tərəfindən dərs və turnirlər mütəmadi olaraq təşkil ediləcək.

 

Ceyhun MƏMMƏDOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930