SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanları artırılıb

Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanları artırılıb
22-04-2020, 17:00

Naxçıvan Muxtar Respublikasının əlverişli iqlim şəraiti alternativ və bərpaolunan enerji növlərinin inkişafına möhkəm zəmin yaradır. Bu məqsədlə yeni texnoloji avadanlıqlar əsasında elektrik stansiyaları tikilib istifadəyə verilib.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, muxtar respublikada bu sahədə qazanılmış uğurları bərpaolunan enerji mənbələrindən geniş istifadə edən Avropa İttifaqı ölkələrindən Avstriya, İsveç, Danimarka kimi ölkələrlə müqayisə etmək mümkündür.

Blokada şəraitində saxlanılan Naxçıvan Muxtar Respublikasında müstəqilliyin ilk illərində böyük enerji böhranı yaşanıb, qonşu ölkələrdən idxal edilən elektrik enerjisi hesabına bu problemin qismən aradan qaldırılmasına nail olunsa da, enerji əhaliyə uzun illər fasiləli şəkildə verilib. Müstəqillik illərindən, təxminən, 15 il sonra – 2005-2006-cı illərdə enerji təhlükəsizliyinin təmini və daxili tələbatın etibarlı mənbələr hesabına ödənilməsi üçün müxtəlif dövlət proqramları qəbul olunub, onların həyata keçirilməsi təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 2 may tarixli “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, 2005-2006-cı illərdə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən turbinlər qaz yanacağı ilə iş rejiminə keçirilib, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası çox qısa müddətdə – cəmi 8 ay ərzində tikilib quraşdırılıb, 2005-ci ildə muxtar respublikada Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyasının tikintisi başa çatdırılıb, 2010-cu ildə Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası istismara verilib. Sonrakı illərdə muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına uyğun olaraq 2014-cü ildə 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları tikilib istismara verilib.

Hazırda muxtar respublikada mövcud olan 8 elektrik stansiyasından 5-i su, 2-si istilik və Günəş Elektrik stansiyalarıdır. Həmin elektrik stansiyalarının 7-si müstəqillik dövründə tikilib istifadəyə verilib. Muxtar respublikanın enerji ilə təminatında əsas layihə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işləri isə hazırda davam etdirilir.

Son illərdə muxtar respublikanın enerji ilə təminatında su resursları ilə yanaşı, günəş enerjisi ilə qidalanan stansiyaların tikintisi də geniş vüsət alıb. Görülən işlər yaxın gələcəkdə muxtar respublikanın ümumi enerji istehsalının alternativ və bərpaolunan enerji hesabına ödənilməsinə xidmət edir.

Muxtar respublikada 20 meqavatlıq ilk Günəş Elektrik Stansiyası 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2017-ci ilin sentyabr ayında isə 2 meqavatlıq ikinci Günəş Elektrik Stansiyasının açılışı olub. 2019-cu il fevral ayının 22-də isə Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Muxtar respublikada elektro­energetika sahəsində müasir infrastruktur yaradılması vacib amildir. Buna görə də yeni elektrik stansiyalarının tikintisi zamanı ən son texnoloji avadanlıqlar quraşdırılıb, layihə işləri Qərb ölkələrinin bu sahə üzrə ixtisaslaşmış enerji firmaları tərəfindən həyata keçirilib.

Aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin bir qrup əməkdaşı ilə görüşü zamanı Naxçıvan Muxtar Respublikasında görülən işləri yüksək qiymətləndirərək deyib: “Bildirməliyəm ki, Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikası indi özünü tam təmin edir və eyni zamanda, orada ixrac potensialı da yaranmışdır. O cümlədən bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik”.

 

Rauf KƏNGƏRLİ

Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanları artırılıb
Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanları artırılıb
Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanları artırılıb
Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanları artırılıb
Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanları artırılıb

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930