SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan mətbəxinin yaz ətirili kətəsi-FOTO

Naxçıvan mətbəxinin yaz ətirili kətəsi-FOTO
18-04-2020, 18:43

Təbiətinin gözəlliyi, bitki örtüyünün zənginliyi ilə Azərbaycanın gözəl guşələrindən olan Naxçıvan Muxtar Respublikasında yaz fəsli daha füsunkar olur. Yazın gəlişi ilə hər tərəf yaşıl örpəyə bürünür, ağaclar çiçək açır və nağılvari gözəllik hər görəni özünə heyran edir. Təbiətin  canlanması ilə göyərtilər də Naxçıvan mətbəxində daha çox istifadə edilməyə başlayır. Min bir dərdə dərman olan göyərtilər Naxçıvan mətbəxində dadı, görünüşü ilə fərqlənən, ləzzətlə yeyilən mətbəx nümunələrinin əsası olur. Bu mətbəx nümunələrindən biri də kətədir. Kətənin hazırlanma üsulu bütün bölgələrdə eyni olsa da, spesifik xüsusiyyətlərinə, içliyin hazırlanmasında istifadə olunan məmulata, ölçüsünə və digər cəhətlərinə görə bir-birindən fərqlənir.

Kətələr içinə vurulan məmulatlarda  fəqlilik təşkil edir. Qarışıq  göyərti, balqabaq, qoz, lobyadan hazırlanan kətələr bölgənin sevilən kətələrindəndir. Naxçıvanın ən qədim kətələrindən sayılan lobya kətəsinin xəmiri tamamən fərqlidir. Un, yağ, süd, maya və sarıkökdən hazırlanan xəmirin içinə əvvəlcədən yaxşı qaynadılıb süzülən, qovurlub soğanla birlikdə ət maşınından keçirilmiş lobya toxumu və mərciməyi qoyaraq bükülür və üzərinə yumurta sarısı vurulur.

Bir digər kətə növü isə balqabaq kətəsidir. Yay aylarında daha çox hazırlanan bu kətənin içinə  narın doğranmış balqabaq və soğan vurulur. Qozla hazırlanan kətə isə digərlərindən fərqli olaraq şiriniyyat qisminə daxildir.

Bunlarla  yanaşı yabanı bitkilərdən də hazırlanan kətələr süfrələrin bəzəyi olur. Şomu, çiriş, gicitikən, salmanca, quzuqulağı, qazayağı kimi yabanı bitkilərdən hazırlanan kətələr öz dadı ilə fərqlənir. Daha çox dağlarda  yetişən bu göyərtilər sağlamlıq üçün lazım olan vitaminlər, makro və mikroelementlər, aminoturşular, qida liflərilə zəngindir. Naxçıvan mətbəxinə məxsus olan çox sayda göyərtinin qarışığından bişirilən kətəyə el arasında “tənbəl kətəsi” də ləzzətlə yeyilən kətə növlərindəndir.

Kətənin içini hazırlayarkən məmulata da diqqət etmək lazımdır. Bütün göyərtilər  yuyulub təmizləndikdən sonra narın-narın doğranılır, duzlanır. Ancaq dağ göyərtilərindən bəziləri əvvəlcədən qaynadılıb sıxılır və yağda qovurulur.

Kətə bişirmək üçün xəmir adi qaydada suya duz, maya və un tökərək yoğrulur, xəmir gəldikdən sonra istifadə edilir. Xəmirdən kiçik kündələr tutulur, oxlovla yayılır, üzərinə göyərti qoyulur, məktub zərfi şəklində bükülür və bişirilir.

Sacda, təndirdə və sobada hazırlanan kətələrin bişirilmə qaydası  bir birindən seçilir. Belə ki, sacda və sobada hazırlan kətənin xəmiri nazik, təndirdə hazırlan kətənin xəmiri isə  digərlərinə nisbətən qalın olur. Təndirdə hazırlanan kətənin xəmiri də digərlərindən fərqli olaraq xəmiri pendir suyu ilə yoğrulur və təndirdə bişirilməzdən əvvəl duzlu su çilənir. Sacda hazırlanan kətə isə hər iki tərəfi də bişirilməlidir.

Süfrəyə qoymazdan əvvəl  isti-isti içərisinə kərə yağı və ya istəyə bağlı olaraq xama qoyula bilər. Kətələr üst-üstə yığılaraq üzəri örtülür, 10-15 dəqiqə saxladıqdan sonra süfrəyə verilir. Xəmir yeməkləri ağır olduğundan onların yaxşı həzm edilməsi üçün bu yeməklər olan süfrəyə qatıq, ayran qoymaq məsləhətdir.

 

Vəfa Qasımova

 

 

Naxçıvan mətbəxinin yaz ətirili kətəsi-FOTO 

 

 

 

 

                               

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930