SON DƏQQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsinin əməkdaşları “Evdə qal” prinsipini əsas götürərək elmi tədqiqatlarını davam etdirir

AMEA Naxçıvan Bölməsinin əməkdaşları “Evdə qal” prinsipini əsas götürərək elmi tədqiqatlarını davam etdirir
15-04-2020, 16:00

AMEA-nın Naxçıvan Bölməsində koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan karantin rejiminin müəyyənləşdirilmiş tələb və tövsiyələrinə ciddi riayət edilir. Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda da 2020-ci ilin elmi-tədqiqat işlərinin planına əsasən əməkdaşlar fəaliyyətlərini məsafədən həyata keçirirlər.

 

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əməkdaşlar “Evdə qal” prinsipini əsas götürərək Naxçıvanın folkloru, onomastikası, dialekt və şivələri, o cümlədən ədəbi-mədəni mühitinin tarixi ilə bağlı tədqiqatları sistemli şəkildə davam etdirirlər.

Cari ildə əməkdaşların 85 elmi əsəri nəşr olunub. Biri xaricdə olmaqla 3 monoqrafiya, 3 kitab, 5-i xaricdə olmaqla 44 məqalə, 9-u xaricdə olmaqla 35 konfrans materialları işıq üzü görüb. Əsərlərdən biri impakt faktolu, 22-si beynəlxalq kodlu jurnallarda çap edilib. 86 elmi əsər isə çapa təqdim olunub. İnstitutun təsis etdiyi və il ərzində 4 nömrəsi işıq üzü görən “Axtarışlar” jurnalının bu ilə olan ilk sayı nəşrə hazırlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq, elmi dərəcəsi olan əməkdaşlar ilin ilk 3 ayı ərzində bitirdiyi orta məktəblərdə ayda bir dəfə nümunəvi dərs deyib. Eyni zamanda, alimlər orta ixtisas təhsilli müəssisələrdə təşkil olunan müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Akademiyanın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 5 əməkdaşının rəhbərliyi ilə Naxçıvan şəhərində yerləşən 8 orta ümumtəhsil məktəbinin VIII-IX siniflərində təhsil alan və elmə marağı olan 10 şagird “Ümummilli lider Heydər Əliyev və ana dilinin inkişafı məsələləri”, “Naxçıvan toponimlərinin tədqiqi”, “İbtiadi sinif dərsliklərində yer alan folklor nümünələrinin şagirdlərin zehni inkişafına təsiri”, “Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri” və “Sosial məkanda Ana dilinin saflığının qorunması: problemlər, prespektivlər” mövzusunda tədqiqatlar aparıblar.

İnstitut əməkdaşları 2 beynəlxalq elmi konfransda onlayn formada iştirak edib, həmçinin muxtar respublikanın digər təşkilatlarında keçirilən 15 elmi konfrans və tədbirlərdə məruzə ilə çıxış ediblər.

Hazırda institutun filoloq alimləri akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə müstəqillik dövrü Naxçıvan ədəbi mühitinə həsr olunmuş fundamental monoqrafiya üzərində işləyirlər.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930