SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan beynəlxalq turizm sərgisində təmsil olunur-FOTO

Naxçıvan beynəlxalq turizm sərgisində təmsil olunur-FOTO
15-02-2020, 16:01

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində ənənəvi olaraq keçirilən “ XIII Tehran Beynəlxalq Turizm Sərgisi”nə start verilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İranın paytaxtı Tehranda təşkil edilən və bu ölkənin Turizm, Mədəni İrs və Əl İşləri nazir Əli Əsgər Munisan tərəfindən açıq elan edib. Bir çox xarici ölkədən 40 şirkətin təmsil olunduğu sərgidə ölkəmizi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov,“Qafqaz Turizm” MMC-nin direktoru Mehman Şabanov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov,Azərbaycan Turizm Bürosunun əməkdaşı Leyla Mahmudova və digər yerli turizm şirkətləri təmsil edir.
12-15 fevral tarixlərində keçirilən beynəlxalq sərgidə ölkəmizdən olan nümayəndə heyəti tərəfindən sərgi iştirakçılarına Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının turizmin müxtəlif istiqamətləri üzrə mövcud potensialı, turizm maşrutları, görməli yerləri, hotelləri, qədim memarlıq abidələri haqqında məlumat verilib və muxtar respublikanın təbiətindən, turizm imkanlarından bəhs edən təbliğat materialları təqdim olunub.
Qeyd edək ki, son illər ərzində İrandan Naxçıvan Muxtar Respublikasına turist səfəri etmək istəyənlərin sayı həddən artıq çoxalıb. Naxçıvanda həm qış, həm də yay turizmi üçün münasib şəraitin, sabit və təhlükəsiz şəhər olması iranlı turistlərin diqqətini cəlb edib. Mədəniyyətin, adət-ənənələrin və mətbəxin də oxşar olması turistlər üçün əlverişli şərait yaradır.


Naxçıvan beynəlxalq turizm sərgisində təmsil olunur-FOTONaxçıvan beynəlxalq turizm sərgisində təmsil olunur-FOTONaxçıvan beynəlxalq turizm sərgisində təmsil olunur-FOTO
Naxçıvan beynəlxalq turizm sərgisində təmsil olunur-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829