SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali Məclisin Sədri: "2020-ci ildə də Naxçıvanda inkişaf davamlı xarakter alacaq"

Ali Məclisin Sədri:
21-12-2019, 17:29

"Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2020-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcək".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın 21-də keçirilən onbirinci sessiyasında muxtar respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov deyib.

2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında məruzə edən V.Talıbov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında sabitlik, inkişaf və yüksək rifah var.

O bildirib ki, sosial-iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi bütün sahələrdə inkişafı təmin edib: "Azərbaycanın Naxçıvan Muxtar Respblikasının xarici ölklərlə əlaqələri də genişlənib. 2019-cu ildə müxtəlif səviyyəli 44 xarici nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Bundan başqa, muxtar respublikanın nümayəndə heyətləri 46 dəfə xarici səfərlərdə olub, müxtəlif elmi, mədəni, iqtisadi, səhiyyə, idman və digər tədbirlərdə iştirak ediblər".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930