SON DƏQİQƏ

naxcivanxeberleri.com

2019-cu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

2019-cu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı
27-11-2019, 09:06

Muxtar respublikada 2019-cu ilin yanvar oktyabr aylarında 2 milyard 234 milyon 729 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4883,6 manat olmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə, Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 846 milyon 794 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

* * *
Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 850 milyon 973 min manat vəsait yönəldilmişdir. Bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 792 milyon 216 min 500 manatı və ya 93,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *
2019-cu ilin yanvar-oktyabr aylarında 409 milyon 327 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 20451,5 ton, süd istehsalı 78398,2 ton olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı isə 1,5 faiz artmışdır.

* * *
2019-cu ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 45 milyon 313 min 100 manat olmuşdur. Bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 37 milyon 15 min 700 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,9 faiz artmışdır.

* * *
Təsərrüfatsubyektlərinin kredit resurslarına çıxışimkanları davamlı olaraq yaxşılaşdırılmış, 2019-cu ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 113 milyon 407 min 300 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,6 dəfə çoxdur. Verilmiş kreditlərin 12 milyon 459 min 700 manatı və yaxud 11 faizi qısamüddətli, 100 milyon 947 min 600 manatı və yaxud 89 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir. 1 noyabr 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 83 min 891-ə çatmışdır ki, bunun da 74 min 23-ü və ya 88,2 faizi aktiv hesablardır. 2019-cu ilin yanvaroktyabr aylarında açılmış 24 min 162 bank hesabının 24 min 84-ü aktiv hesablar olmuşdur. Muxtar respublikada quraşdırılmış POSterminalların sayı 1 noyabr 2019-cu il tarixə 1278-ə çatmışdır.

* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2019-cu ilin yanvar-oktyabr aylarında 380 milyon 853 min 900 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 331 milyon 29 min 900 ABŞ dolları təşkil etmiş, 281 milyon 205 min 900 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

* * *
2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 462,7 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz çoxdur.

* * *
1 oktyabr 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3437 nəfər artaraq 458 min 725 nəfər olmuşdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031