SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Karate-do Federasiyasının sədri Fazil Ələkbərov qalib idmançıları mükafatlandırdı-FOTOLAR

Naxçıvan Karate-do Federasiyasının sədri Fazil Ələkbərov  qalib idmançıları mükafatlandırdı-FOTOLAR
8-11-2019, 18:10

Makedoniyanın Skopye şəhərində keçirilən karate-do üzrə 11-ci Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Naxçıvan MR Karate-do Federasiyasının sədri tərəfindən mükafatlandırılıblar.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, Karate-do Federasiyasının sədri Fazil Ələkbərov idmançılarımızı əldə etdikləri uğur münasibəti ilə təbrik edib. Federasiya sədri vurğulayıb ki, bu uğurlu nəticənin qazanılmasının əsas səbəblərindən biri muxtar respublikamızda bütün sahələrdə olduğu kimi idman sahəsində də yaradılan hərtərəfli şərait, zəngin maddi texniki baza, müasir idman ifrastrukturudur. Federasiya sədri yaradılan hərtərəfli şəraitə, göstərilən diqqət və qayğıya görə federasiyanın üzvləri, eləcə də idmançılar və onların vaideyinləri adından Ali Məclis Sədrinə minətdarlığını bildirib.
Daha sonra Federasiyanın sədr müavini Nəriman Quliyev çıxış edərək 1-3 noyabr 2019-cu il tarixdə Dünya Şotakan Federasiyasının Makedoniyanın Skopya şəhərində təşkil etdiyi XI Avropa Çempionatı barədə məlumat verib. Bildirilib ki, Avropa çempionatında ölkəmizi 190 karateçi təmsil edib ki, onlardan da 7-si muxtar respublika idmaçıları olub. Naxçıvan idmançılarının çempionatdan 5 qızıl, 2 gümüş və 11 bürünc olmaqla ümumillikdə 18 medalla vətənə qayıtdıqları qeyd edilib.
İdmançıların valideyinləri adından çıxış edən Elmar Həsənov, Anar Hüseynov, Loğman İsmayılov və idmançılardan Vüsal Seyidov muxtar respublikamızda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə öz minətdarlıqlarını bildiriblər.
Federasiya sədri Fazil Ələkbərov diqqətə çatdırıb ki, son illər yeniyetmələrin və gənclərin bu idman növünə olan maraqları xeyli dərəcədə artıb. Fazil Ələkbərov xüsusilə də qızların bu idman növünə cəlbi istiqamətindəki tədbirlərin bundan sonrada diqqətdə saxlancağını qeyd edib.
Sonda uğurlu nəticlərlə Muxta Respublikamıza dönən idmançılarımıza federasiyanın hədiyyələri təqdim edilib. Xatirə şəkli çəkdirilib.Naxçıvan Karate-do Federasiyasının sədri Fazil Ələkbərov  qalib idmançıları mükafatlandırdı-FOTOLARNaxçıvan Karate-do Federasiyasının sədri Fazil Ələkbərov  qalib idmançıları mükafatlandırdı-FOTOLARNaxçıvan Karate-do Federasiyasının sədri Fazil Ələkbərov  qalib idmançıları mükafatlandırdı-FOTOLAR
Naxçıvan Karate-do Federasiyasının sədri Fazil Ələkbərov  qalib idmançıları mükafatlandırdı-FOTOLARNaxçıvan Karate-do Federasiyasının sədri Fazil Ələkbərov  qalib idmançıları mükafatlandırdı-FOTOLAR

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930