SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı Karateçilər Avropa çempionatından 18 medalla geri döndü -FOTOLAR

Naxçıvanlı Karateçilər  Avropa çempionatından  18 medalla geri döndü -FOTOLAR
6-11-2019, 15:35

01-03 noyabr 2019-cu il tarixlərində Makedoniyanın Skopiya şəhərində karate idman növü üzrə XI Avropa çempionatı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, çempionatda 20 Avropa ölkəsindən 1500 nəfər idmançı iştirak edib. Yarışda iştirak edən idmançılar 3 kateqoriya üzrə (WKF, Şobu Nihon və Şobu Sanbon) mübarizə aparıblar. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası idmançıları da bu çempionatda iştirak ediblər. 7 idmançı 1 məşqçi müəllimlə yarışa qatılan komandamız 18 medalla (5 qızıl, 2 gümüş, 11 bürünc) geri qayıdıblar.
Belə ki, Hüseynli Rafiq Anar oğlu 8-9 yaş qrupunda şəxsi döyüş üzrə 3 qızıl, Seyidov Vüsal Mirşahin oğlu 14-15 yaş qrupunda şəxsi döyüş üzrə 2 qızıl, 1 gümüş, komanda üzrə 1 bürünc, İsmayılov Aslan Loğman oğlu 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 bürünc, komanda üzrə 1 bürünc, Məmmədov Sərcan Əfqan oğlu +18 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc, komanda üzrə 1 bürünc, Qasımov Rəşad Rövşən oğlu 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 gümüş, komanda üzrə 1 bürünc, Həsənli Nərgiz Elmar qızı 10-11 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc, Qəmbərov Yaqub Əhməd oğlu 10-11 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc medal qazanıblar.
Komanda hesabında isə Naxçıvan komandası III yerin sahibi olub.


Naxçıvanlı Karateçilər  Avropa çempionatından  18 medalla geri döndü -FOTOLARNaxçıvanlı Karateçilər  Avropa çempionatından  18 medalla geri döndü -FOTOLAR
Naxçıvanlı Karateçilər  Avropa çempionatından  18 medalla geri döndü -FOTOLAR
Naxçıvanlı Karateçilər  Avropa çempionatından  18 medalla geri döndü -FOTOLARNaxçıvanlı Karateçilər  Avropa çempionatından  18 medalla geri döndü -FOTOLAR
Naxçıvanlı Karateçilər  Avropa çempionatından  18 medalla geri döndü -FOTOLAR

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930