SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR

Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR
6-11-2019, 10:21

Türkiyənin Fethiye bölgəsində noyabrın 1-dən başlayaraq 8-dək davam edəcək “ II Dənizlərimiz və Rənglərimiz” Beynəlxalq Rəsm Plener-Festivalı keçirilir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri həmin festivalda iştirak edir.
Egey və Ağ dəniz sularında iki hissəli olaraq keçirilən festivalda Azərbaycanımızı eləcədə onun ayrılmnaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva , Naxçıvan Dövlət Universitetinin “Təsviri İncəsənət “kafedrasının müdiri, Naxçıvanın əməkdar rəssamı Həbibə Allahverdiyeva, Heydər Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, Rəssamlar Birliyinin üzvü Murad Nurlu, Naxçıvan Rəssamlar Birliyinin üzvləri Arzu Novruzov, Həbib Allahverdiyev , Bakı şəhərindən rəssam-keramikaçı Ramiz Abbasov və rəssam-heykəltaraş,musiqiçi Vədut Muəzzin təmsil edir.
Festivalın əsas hissəsi dənizdə keçirildiyindən, iştirakçılar iki gəmidə həm plenar ediblər, həm xüsusi olaraq dəniz altında plenar etmək üçün məşqlər keçiblər. Məşqlər 2 günlük, çox dərin məsafədə olmamaq şərti ilə professional dalğıclar tərəfindən keçirildikdən sonra, növbəti günlər su altında xususi kətanlar üzərində yağlı boyalarla əsərlər çəkilib.
Rəssamlarımızın gərgin iş prosesinə baxmayaraq, rəssam dostların əhatəsində 9 Noyabr "Dövlət Bayraq günü"nü də qeyd edərək foto vasitəsi ilə əbədiləşdiriblər.
Qeyd edək ki, Azərbaycanlı rəssamlar su üstündə və dəniz altında ümumilikdə 25 əsər işləyiblər.
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLARNaxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLARNaxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLARNaxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLARNaxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLARNaxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLARNaxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər – FOTOLAR

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930