SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabah Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək

Sabah Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək
1-11-2019, 09:30

Noyabrın 2 və 3-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək .

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, festivalın açılışı noyabrın 2-də saat 11:00-da olacaq. Festivala muxtar respublikanın bütün rayonlarından olan ailə təsərrüfatçıları tərəfindən müxtəlif növ məhsullar çıxarılacaq, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçiriləcək.

Həmçinin ailə təsərrüfatçıları arasında “Aktiv ailə təsərrüfatı” müsabiqəsi təşkil ediləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək builki ““Ailə təsərrüfatı məhsulları” festivalı da özünün rəngarəngliyi və müxtəlifliyi ilə iştirakçılarda xoş ovqat yaradacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930