SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada əmtəə dövriyyəsinin həcmi genişləndirilib

Muxtar respublikada  əmtəə dövriyyəsinin həcmi genişləndirilib
23-10-2019, 18:42

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirilib. 2019-cu ilin 9 ayında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 465 milyon 577 min 100 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, satılmış istehlak mallarının 96,6 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşüb. Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Qışlaqabbas, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində və Şahbuz rayonunun Badamlı qəsəbəsində xidmət mərkəzlərinin, Culfa rayonunun Yaycı kəndində ticarət mərkəzinin tikintisi, Şərur rayonunun Kərimbəyli kəndində xidmət mərkəzinin, Şərur şəhərində ticarət mərkəzinin yenidən qurulması başa çatdırılmışdır. Şərur rayonunun Alışar, Yeni Havuş, Muğanlı, Muğancıq Mehrab, Xələc və Məmmədsabir, Babək rayonunun Gülşən - abad, Ordubad rayonunun Vənənd, Kəngərli rayonunun Böyükdüz və Şahbuz rayonunun Türkeş kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930