SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeniyetmələrin düzgün təlim-tərbiyəsi mütləqdir

Yeniyetmələrin düzgün təlim-tərbiyəsi mütləqdir
3-02-2019, 18:25 244 dəfə baxılıb


Milli mənəviyyat hər bir xalqın dünya görüşünün, adət-ənənələrinin, xaraktеrik xüsüsiyyətlərinin min illər ərzində formalaşması, qorunması, inkişaf еtdirilməsi, yaşadılaraq bu günə çatdırılmasıdır. Hər bir xalqın milli-mənəvi dəyərləri, yaşayış tərzi, adət-ənənəsi onun dünya görüşündə, dilində, şifahi yaradıcılıında, ədəbi-bədii nümunələrində öz əksini tapır. Vətən kimi, torpaq kimi milli dəyərlər qorunur, nəsildən nəsilə miras kimi ötürülür və yaşadılır.

Haqlı olaraq qürurlandıımız və yuxarıda qеyd еtdiyim milli dəyərlərimizi olduğu kimi qiymətləndirməklə yanaşı bu dəyərlərin daima yad təsirlərə məruz qaldığını da unutmamalıyıq. Еtiraf еdək ki, bəzən cəmiyyətimizə yad ünsürlərin təsiri ilə gеyim və davranışlarında fərqlilik yaratmağa çalışan yeniyetmə və gənclərə rast gəlinir. Onlar bayağı musiqilər dinləməklə, görkəmlərini bərbad hala salan paltarlar geyməklə, müxtəlif əcaib imiclər seçməklə zövqlərini korlayır, bu kimi naqis xüsusiyyətlərlə mənəvi dəyərlərimizə nеcə zərbə vurduqlarını bеlə başa düşmürlər. Düzdür, Azərbaycan dеmokratik ölkədir. Ölkədə yaşayan hər bir vətəndaş azad və sərbəstdir. Qanun çərçivəsində ölkə vətəndaşlarına hüquq və azadlaqlar vеrilib. Lakin bu o dеmək dеyil ki, müasirlik bayrağı altında vеrilən sərbəstlikdən sui-istifadə еdərək milli-mənəvi dəyərlərə zərər vurulmalıdır.

Müasir dövrdə bəzi yeniyetmələrin davranış xüsusiyyətləri, geyim tərzləri, həyata olan baxışları, habelə ünsiyyət, təmas formalarının ətraflı tədqiqi, bu problemə kifayət qədər vaxt ayırmaq lazım olduğundan xəbər verir. Məsələnin vacibliyi ondadır ki, bu problemlər nəslimiz və gələcəyimizin donoru sayılan “yeniyetmə” adlı genetik bazanın daxili dünyasına artıq daxil olmuşdur. Mövcud vəziyyət yeniyetmələrin şəxsiyyət strukturunda yaranmış, lakin hələ tam oturuşmamış müəyyən keyfiyyətlərə, onların müxtəlif davranış və hərəkətlərə meyl etməsi ilə sıx bağlı olan nüanslarla müşahidə edilir.

Çoxlarımız övladlarımızın insanların daha sıx olduğu ictimai yerlərdə etdikləri hərəkət və davranışlarına elədə əhəmiyyət vermirik. El arasında deyildiyi kimi “indi onların o çağlarıdır”- sözünü deyib keçirik. Amma onların yeniyetmə çağlarında qazanacaqları zərərli vərdişlərin gələcəkləri üçün çox ciddi təhlükə mənbəyinə çevrilə biləcəyini və necə ağır fəsadlar törədəbiləcəyini düşünmək ağlımıza belə gəlmir. Elə bu yerdə, valideyin laqeyidliyi danılmaz bir həqiqətdir desək, yanılmarıq. Bəzi ailələrdə ana-ata diqqətsizliyi ucbatından yeniyetmələr gələcək hayat seçimində çətinliklərlə qarşılaşırlar. Yaxın və uzaq gələcəklərini nəinki müəyyən edə bilmirlər, hətta o məchul gələcəyi xəyallarında belə görmürlər. Bir tərəfdən yaranmış çaşğınlıq, yenicə qədəm qoyacaqları müstəqil, zahirən məstedici görünən həyatın gözlənilməz surprizləri, digər tərəfdən içlərində vulkan kimi püskürən və püskürdükcə də ağıl adlı bir nemətdən əsər-əlamət qoymayan daxili enerjiləri uşaq və yeniyetmələri aqressivliyə daha sürükləyir. Nəticədə belələri üçün adi hal sayılan davranış və hərəkətlər cəmiyyət tərəfindən qəbul edilmir və müsbət qarşılanmır. Məsələn, paytaxtımızın əksər yerlərində vətəndaşlarımızın asudə vaxtlarını rahat keçirmələri üçün çoxsaylı parklar salınmışdır. Lakin həmin parklarda, yaxud istirahət üçün nəzərdə tutulmuş digər ictimai yerlərdə “müasir” yeniyetmələrimizin heç kimə məhəl qoymadan etdikləri qeyri-etik hərəkətlər nə milli mentalitetimizə, nə böyük bir əxlaq məktəbi sayılan dinimiz İslama, nə də azərbaycançılığa uyğun hərəkət və davranışlar deyil. Çox zaman nəinki ailəmizlə, hətta bir dostumuzla gəzintiyə çıxanda o məkanlara ayaq basmaq istəmirik, desəm hər halda yalan olmaz.

Yeniyetməlik statusundan bu dərəcədə suni istifadə etməklə özlərini sərbəst, azad göstərmək istəkləri, hələ müstəqil düçüncə tərzi formalaşmayan bu dəlisov cavanların özləri üçün mütləq saydıqları yalnış davranışları ahıl çağlarını yaşayan ağsaqqal və ağbirçəklərimizin gözdağına çevrilə bilər. Axı nə qədər də olsa bu yeniyetmələr millətin güzgüsü, dövlətimizi gələcəkdə müxtəlif sahələrdə təmsil edəcək gənclər olacaqlar. Məhz bu baxımdan yeniyetmələrə nəzarət mütləqdir. İstər ailədə, istərsə də təhsil aldıqları təhsil ocaqlarında.

Bəzi ailələr var ki, onlara məxsus yeniyetmələr arasında pessimizim meyilləri, yəni özünəqapanma halları müşahidə olunur. Onlar özləri üçün ayrılan otağa heç kimin, hətta valideyinin də daxil olmasını istəmirlər. Belə yeniyetmələr el arasında deyildiyi kimi qaradinməz olur, ətrafdakılarla ünsiyyətdən çəkinir, fikirlərini heç kimlə bölüşmür, təkliyə daha çox meyilli olurlar. Bundan başqa öz həmyaşıtlarından fərqlənmək istəyənin ifrat dərəcəyə çatmaqla təkəbbür və qürrəyə çevrilməsi, hami kimi olmasa da heç kimə də bənzəməmək niyyətləri olan yeniyetmələr də var.

Hər gün şəhərimizin maşrut avtobuslarında, küçələrdə əcayib-qəribə geyimləri ilə gözümüzlə görüb, lakin o qədər də diqqət yetirmədiyimiz belə qız və oğlan uşaqlarına rast gəlirik. Avropa standartlı paltar satışının və reklam edilməsinin acı nəticələrini dadanlar isə gözümüzün qabağında yadlaşan yeniyetmələrdir. Belə vəziyyətlərdə demoqrafik fərqlilik özünü daha bariz şəkildə əks etdirir. Çünki sirr deyil ki, bu libaslar qəribəliliyi qədər bahalıdır. Üstəlik əksəriyyətinin bəzədilməsində istifadə olunan kimyəvi maddələr də insan sağlamlığına zərərdir. Belə geymlərdən istifadə gələcəkdə müxtəlif dəri xəstəliklərinə gətirib çıxara bilir. Sosioloqlar və psixoloqlar belə halları əsil təhlükə sayır və burada yad qüvvələrin heç özümüzdəkilərdən az olmadığını düşünürlər.

Son illərdə yeniyetmə və gənclərimizin dinimizə bağlılığının əvvəlki illərə nisbətən artımında geniş inkişafın müşahidə edilməsi, saglam düşüncəli gənclərimizin yetişməsi bəzi şər qüvvələri narahat edir. Belə qüvvələr uşaqları öz təsirləri altına salmaqla onları nəinki mənsub olduqları əqidə, əxlaq və məsləkdən uzaqlaşdırır, həmçinin ölkəmizdə demoqrafik partlayışa da nail omağa çalışırlar. Bu məntiqi fikirlə razılaşan psixoloqlar bildirirlər ki, respublikamızda nə qədər də olmasa müəyyən qədər aztəminatlı ailələr hələ də mövcuddur. Belə ailələrə məxsus uşaqların məlum səbəblər üzündən keçirdikləri psixoloji vəziyyət onlarda imkanlı ailələrdən olan həmyaşıdlarına qarşı qəzəb hissinin yaranmasına səbəb olur. Bu isə həqiqətən ölkəmizin gələcək həyat tərzinə və genefondumuzun vəziyyətinə yalnız mənfi təsir göstərə bilər.

Günümüzdə yeniyetmələrimizin psixikasına təsir edən amillərdən biri də müasir informasiya kommunikasiya texnologiyalarıdır. Böyük vüsət almış bu texnologiyalar sayəsində demək olar ki, bu gün çox az evdə kompyuter olmaz. Uşaqlar erkən yaşlarından kompyuterlə ünsiyətə başlayır və əvvəlllər onlar üçün müəmmalı bir quruğu ilə sanki dostlaşırlar. Kiçik yaşlı uşaqların barmaqlarını klaviaturanın üzərində gəzdirərərk öz aləmlərində axtarışa çıxmaları, müxtəlif oyunlar oynamaları kənardan baxanda adamı heyran edir. Onlar heç vaxt “bezmişəm” ifadəsini işlətmirlər. Onların bu ünsiyyəti həm potensial, həim də xarakter baxımından formalaşmasına müxtəlif cür təsir edir. Amma bu məqamda yeniyetmələrimizin virtual aləmdən, internet sistemindən qazandıqları mənfi xüsusiyyətləri nəzərinizə çatdırmaq istərdik. Aparılmış təcrübələr göstərmişdir ki, kompyuter və internet imkanlarından istifadə edən yeniyetmə və uşaqlar bu əlaqədən həm müsbət, həm də mənfi keyfiyyətlər qazanırlar. Övladının sağlam və aydın gələcəyini görmək istəyən valideyin elə etməlidir ki, seçdikləri kompyuter oyunlarında uşağının idrak səviyyəsinə uyğun olsun. Yeniyetmələri qorxu və zorakılıq saçan, ölüm və terror, erotik səhnələrlə dolu olan oyunları, habelə bu cür filmləri izləməkdən çəkindirmək lazımdır. Həmin uşaqlar ətrafında ətrafında başverən haqsızlıq və zorakılıqları gördükcə filmlərdə, kompyuter oyunlarında gördüyü vəhşi obrazlara özlüyündə haqq qazandırır, əksər hallarda özlərini həmin obrazlara bənzədir, zor tətbiqetmə gücünü özlərində inkişaf etdirməyə başlayırlar. Bütün dünyada tanınan “Mavi balina” kimi kompyuter oyunlari oynayan yeniyetmə və uşaqlarin oyun sonunda intihara əl atdıqlarını televiziya kanallarında izlədiyimiz xəbər proqramlarında çox rast gəlmişik. Bu isə cəmiyyətimizdə arzuolunmaz fəsadlara yol açabiləcəyindən xəbər verir.

Yuxarıda sadaladığım bütün hallarla bağlı gecikən və yaxud səhlənkarlıq edən valideynlərin sonrakı peşmançılığı isə heç bir fayda verməyəcəkdir. Bax elə buna görə də respublikamızın böyükdən-kiçiyə hər bir vətəndaşı valideyin, cəmiyyət və yeniyetmə konteksində ayıq-sayıq olmağa çalışmalı, artıq cəmiyyətdə özünə yer eləmiş belə hallara qarşı halları ictimai səviyyəyə qaldırmalıdır. Bunun həm dövlətçilik həm də islamçılıq ənənələrinə zidd hal almaması üçün lazımı addım atılması üçün birgə fəaliyyət də tələb olunur.

Allah rəsulundan (s.ə.s) nəql olunmuş bir hədistə deyilir: “övlad yeddi il ağa, yeddi il xidmətçi, yeddi il vəzir və köməkçi olar. Iyirmi bir yaşa qədər ona etdiyin köməklikdən razı olsan (verdiyin tərbiyənin nəticəsi olsa), nə yaxşı, yox əgər belə olmasa onun çiyninə vur, sən ona görə Allahın yanında üzürlüsən” Hədisdən də göründüyü kimi yetişməkdə olan yeni nəslin təlim-tərbiyyəsi hər zaman aktual məsələ olmuşdur.

“Əxlaqı gözəl olanın özü də gözəl olar”- dеyiblər. Hətta bununla bağlı xalq arasında məsəllər, atalar sözləri də yaranıb. «Uşağım əzizdir, tərbiyyəsi ondan da əziz», «Hər kəs ailəsinin tərbiyyəsini əks еtdirir» kimi atalar sözlərində xalqımızın mənəvi irsi əks olunmuşdur. Bu mənada istər ailədə, istər təhsil ocaqlarında, istərsə də mədəniyyət müəssisələrində yеniyеtmə və gənclərimizin vətəninə, millətinə və milli-mənəvi dəyərlərinə bağlı, sağlam şəkildə düzgün tərbiyələnməsi mühüm amilllərdən biridir. Düzdür ölkəmizdə bu sahədə dövlət tərəfindən müvafiq qanunlar qəbul edilir, proqramlar və və bir sra tətdbirlər həyata keçirilir. Lakin hər şeyi də dövlət qrumlarından gözləmək düzgün deyil.

Bəxtiyar ƏLİYEV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728