SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müasir dövrdə qloballaşma şəraitində gənclərin üzərinə düşən vəzifələr nədən ibarətdir?

Müasir dövrdə qloballaşma şəraitində gənclərin üzərinə düşən vəzifələr nədən ibarətdir?
2-02-2019, 18:10 613 dəfə baxılıb


Müasir dövrdə dünyanın mənzərəsi əvvəlki dövrlərə nisbətdə olduqca fərqli və mürəkkəb xarakter daşıyır. Qloballaşma prosesinin gətirdiyi yeniliklər cəmiyyətlər qarşısında yeni tələblər və vəzifələr ortaya çıxarır. Bütün bunlar isə cəmiyyətlərin öz bütövlüyünü qorumasını, sosial immunitet yaratmasını zəruri edir. Təbii ki, mənfi ya müsbət olmasından asılı olmayaraq bütün yeniliklərin-yeni tendensiyaların daha çox təsir etdiyi sosial qrup gənclərdir. Çünki daim axtarışda və inkişafda olan gənclər cəmiyyətin ən dinamik təbəqəsidir. Ona görə də yeni şəraitdə cəmiyyətlərin inkişafını təmin edəcək potensial qüvvə məhz gənclərdir.

 Bəs müasir dövrdə qloballaşma şəraitində gənclərin üzərinə düşən vəzifələr nədən ibarətdir? Bu məsələdə bir sıra məqamları xüsusi qabartmaq lazımdır. Əvvəla, hansı sahədə təmsil olunmasından asılı olmayaraq hər bir gəncin təfəkküründə millilik prinsipi prioritet olmalıdır. Başqa sözlə, vətənpərvərlik əqidəsinə malik olmayan şəxs vətəndaş mövqeyindən çıxış edə bilməz və milli olmayan fəaliyyət həm fərdi, həm də toplum olaraq fayda mənbəyinə çevrilə bilməz. Çünki cəmiyyət və dövlət zəif olduğu təqdirdə, fərdin inkişafı da mümkün olmaz.

 İkincisi, gənclərin öz intellektual imkanlarını artırması həm fərd, həm toplum, həm də daha geniş müstəvidə böyük əhəmiyyətə malikdir. İndi müasir texnoloji imkanlar-informasiya resursları həm intellektual imkanları artırmağa, həm də cəmiyyətə, dövlətə və bəşəriyyətə faydalı yeniliklər ərsəyə gətirməyə imkan verir. Sadəcə bu vasitələrdən asudə vaxtın dəyərləndirilməsi üçün yox, konkret məqsədlər üçün səmərəli istifadə etmək lazımdır.

 Üçüncüsü fərdi imkanların genişləndirilməsi və ölkəni beynəlxalq arenada layiqli təmin edilməsi baxımından "sağlamlıq hərəkatı"na qoşulmağın önəmi böyükdür. Yəni tərbiyəvi əhəmiyyətə malik olan idman həm fizioloji inkişafa xidmət edən, həm sağlamlığın rəhni, həm də Vətən qarşısında milli vəzifəni yerinə yetirməyə-vətəndaşlıq mövqeyini ifadə etməyə imkan verən mühüm vasitədir. O səbəbdən gənclərin bu fizioloji-mənəvi tərbiyə və inkişaf vasitəsindən səmərəli istifadə etməsi vacibdir.

Sonda qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ölkədə gəncliyin fiziki, mənəvi, intellektual inkişafı üçün bütün şərait yaradılıb. Odur ki, gənclər bu əlverişli şəraitdən və səmərəli mühitdən istifadə etməli, fərdi inkişaf ilə yanaşı, cəmiyyətin və dövlətin inkişafına öz töhfələrini verməlidirlər.

Mehman Sərxanoğlu

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728