SON DƏQİQƏ

naxcivanxeberleri.com

Radikal müxalifət anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir

Radikal müxalifət anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir
27-01-2019, 12:44 289 dəfə baxılıb


 Azərbaycan sabitlik və inkişafa nail olan, dünyada böyük nüfuz sahibi kimi çıxış edən aparıcı ölkələr sırasında yer alır. Şübhəsiz, bütün bu uğurlar və ölkəmizin müsbət mənzərəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir. Dünyada çox ciddi böhran və qarşıdurma hallarının, dağıdıcı proseslərin müşahidə edildiyi bir vaxtda Azərbaycanın öz inkişafı və sabitliyi ilə diqqəti cəlb etməsi, tərəqqi yolunda uğurla irəliləməsi təqdirəlayiq haldır.

Təbii ki, Azərbaycanın inamlı inkişafından, beynəlxalq müstəvidə rolunun artmasından narahat olan qüvvələr var. Həmin dairələrin əsas narahatlığı ölkəmizə ciddi uğurlar qazandıran müstəqil siyasətlə bağlıdır. Bu qüvvələr müstəqil siyasət həyata keçirən dövlətlərin, o cümlədən Azərbaycanın inkişafından ciddi narahatlıq keçirirlər, o səbəbdən xaos ssenarilərini işə salmağa çalışırlar. Son zamanlar baş verən proseslərə nəzər saldıqda həmin anti-Azərbaycan dairələrin yenidən fəallaşdıqlarını görürük.

Elə yanvarın 19-da Azərbaycanda heç bir dəstəyə və nüfuza malik olmayan radikal müxalifətin "mitinq" şousu təşkil etməsi və bir gün sonra Şəhidlər Xiyabanını ziyarət etmək adı ilə süni qarşıdurma yaratmağa cəhd etməklə asayişi pozmağa çalışması bu məkrli ssenarinin tərkib hissəsidir. Yəni anti-Azərbaycan dairələrin maliyyəsi əsasında hərəkətə keçən "beşinci kolon", dağıdıcı düşərgə aldığı sifarişi yerinə yetirir və bu "fəaliyyət" məhz Azərbaycan dövlətinin milli maraqlarına, müstəqil siyasətinə qarşı yönəlib.

Bəs anti-Azərbaycan dairələrin məhz indi yenidən fəallaşmasının, "beşinci kolon"u "mitinq" şouları vasitəsilə hərəkətə gətirməsinin səbəbi nədir? Bilindiyi kimi,  Azərbaycanın sürətli inkişafına xidmət edən çox mühüm tədbirlər, ardıcıl islahatlar həyata keçirilir və bu, ölkəmizin gələcəyi üçün aydın perspektivlər vəd edir. Anti-Azərbaycan dairələrdən sifarişlər alan radikal müxalifət isə "mitinq" şouları və dağıdıcı çağırışlar vasitəsilə ictimai rəyi çaşdırmağa və bu islahatların üzərinə kölgə salmağa çalışır. İkincisi, Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində yaranmış yeni vəziyyət Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün mühüm imkanların yaranmasına səbəb olub. Yəni  Azərbaycanın yaratdığı yeni reallıq problemin Azərbaycanın ərazi  bütövlüyü çərçivəsində həllində yeni perspektivlər açıb. Görünən odur ki, bu haldan ciddi narahatlıq keçirən dairələr hərəkətə keçiblər, Azərbaycan əleyhinə məkrli planlarını reallaşdırmaqla ölkədə sabitliyi pozmaq, nəticədə prosesə zərbə vurmaq niyyətindədirlər. Və məsələ ondadır ki, radikal müxalifət həmin dairələrin əlində alətə çevrilməklə, onların sifarişlərini yerinə yetirməklə bir daha antimilli mahiyyətini nümayiş etdirir.

Həqiqət budur ki, Azərbaycanda mövcud olan sarsılmaz xalq-iqtidar birliyi, dövlətimizin qüdrəti bu cür qərəzli planların və məkrli ssenarilərin həyata keçməsinə izin verməyəcək, anti-Azərbaycan dairələr və onların xidmətçisi olan radikal, dağıdıcı ünsürlər iflasa məhkumdurlar.

Hüseyn MİRZƏ

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728