SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Prezidenti: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq"

Azərbaycan Prezidenti: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq"
3-02-2023, 11:17

"Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq".

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Dövlət başçısı xatırladıb ki, dekabrda enerji təhlükəsizliyi baxımından iki mühüm hadisə oldu: Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladı. Qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya Cənub Qaz Dəhlizi ölkələri qrupuna qoşulur. Ötən ilin dekabrında həmçinin Buxarestdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu bizim səylərimizin ümumu sinergiyasıdır. Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq. Bunlar mühüm hadisələr idi. Yanvar ayında isə biz Macarıstanla qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzaladıq. Beləliklə, biz komandamızın üzvlərinin sayını artırırıq”.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031