SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident: "Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək"

Prezident: "Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək"
2-02-2023, 19:55

Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib.

"Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik", - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev birgə iqtisadi komissiyanın ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayıb: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031