13:00 - Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub-FOTO
12:55 - Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikləri tikiləcək
12:52 - Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır
12:48 - Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır"
12:44 - Deputat: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır"
12:40 - Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”
12:35 - Deputat uşaqlara verilən siropun istifadə qaydasının fərqli yazılmasını tənqid edib
12:30 - Kohen: “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”
12:25 - Fərid Şəfiyev: "Azərbaycan Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlıq etməyəcək"
12:20 - Belarusdan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb
12:15 - İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək
12:05 - Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir
12:02 - İsrailin XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
12:00 - Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
Azərbaycan neftinin qiyməti aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,12 ABŞ dolları, yaxud 1,28 % azalaraq 86,41 ABŞ dolları təşkil edib.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 82,84 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.