SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda avtomobil zavodu istehsalı 3 dəfə artıracaq

Azərbaycanda avtomobil zavodu istehsalı 3 dəfə artıracaq
13-06-2019, 22:28

2019-cu ildə "Khazar" avtomobillərinin istehsalının artırılması gözlənilir.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a "Azərmaş" ASC-dən bildiriblər.

Məlumata əsasən, müəssisədə "Peugeot 206" və "Peugeot 207" modellərinin istehsalını təşkil etmək planlaşdırılır.

İxraca gəldikdə isə qeyd olunub ki, hazırda Ukrayna və Rusiya ilə danışıqlar aparılır, prosesin yaxın aylarda təşkil olunacağı gözlənilir.

Şirkətdən bildirilib ki, 2019-cu ilin əvvəlindən 300 avtomobil satılıb. Ötən il mindən çox avtomobil istehsal olunub ki, onlardan 95 faizi satılıb.

Qeyd edək ki, "Khazar" avtomobil zavodu Neftçala sənaye zonasında yerləşir. Zavodda istehsal olunan bütün avtomobillər "Avro-5" standartlarına uyğundur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031