SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Rusiyadan geri qaytarılmış pomidorun təkrar ixracına cəhd edəcək

Azərbaycan Rusiyadan geri qaytarılmış pomidorun təkrar ixracına cəhd edəcək
13-06-2019, 16:45

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycan istehsalı olan 35 ton pomidorun Rusiyadan geri qaytarılmasına münasibət bildirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, sədr bu məsələ ilə bağlı pomidor ixracatçıları ilə görüş keçirilmədiyini bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, həm də Avropa və Aralıq dənizi ölkələrinin bitki mühafizəsi təşkilatlarının üzvüdür: “Bu təşkilatlara üzv olan hər bir ölkə üzərinə müəyyən öhdəliklər götürür. İstər heyvan, istər bitki mənşəli məhsullarda kənara çıxmalar olduqda həmin məhsulun geri qaytarılması prosesi həyata keçirilir. Eyni proseduru biz də başqa dövlətlər üçün həyata keçiririk.

Son faktla bağlı onu deyə bilərəm ki, söhbət yalnız zərərvericiyə yoluxmadan gedir. Bu məhsulun daxili keyfiyyətinə aid deyil. Həmin məhsullar lazımı sağlamlaşdırıcı tədbirlər həyata keçirildikdən sonra təkrar ixracına cəhd olunur”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930