SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın reklam bazarında daha bir ilkə imza atılıb

Azərbaycanın reklam bazarında daha bir ilkə imza atılıb
13-06-2019, 11:46

İyunun 10-da, saat 18:20-də Azərbaycanda “Full dəqiqəsi” olub. Belə ki, eyni vaxtda bütün yerli telekanallar və radiostansiyaların efirində, eləcə də şəhərin bütün reklam monitorlarında, ticarət mərkəzlərində, ictimai nəqliyyatda (avtobuslar, Bakı Metropoliteninin stansiyaları və dayanacaqlar), Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, çimərliklərdə, paytaxtın mərkəzi kafe və restoranlarında qara geyimli şəxsin görüntüsü və səsi yayımlanıb.

“Instagram” və “Facebook” sosial şəbəkələrində yüzlərlə tanınmış şəxsin və digər istifadəçilərin sözügedən videonu paylaşması hər kəsin diqqətini cəlb edib. Bundan başqa, şəhərin mərkəzi parklarında eyni mövzuda minlərlə fleşmober və promoter tərəfindən maraqlı görüntü yaradılıb.

Azərbaycan marketinq tarixində ilk sayıla biləcək bu addımın yerli “Full” sərinləşdirici içki brendinin bazara giriş reklamı olduğu məlum olub. Böyük bir komandanın gərgin əməyi nəticəsində ərsəyə gəlmiş reklam kampaniyasının videohesabatını diqqətinizə çatdırırıq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930