SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın istehsal etdiyi likör, şərab ixrac coğrafiyasını genişləndirir

Azərbaycanın istehsal etdiyi likör, şərab ixrac coğrafiyasını genişləndirir
12-06-2019, 21:13

Azərbaycanın “Naigin-KO Tovuz-Baltiya” MMC spirtli içkilər istehsalçısı yeni ixrac istiqamətlərini müəyyənləşdirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu şirkətin xarici əlaqələr departamentinin rəhbəri Elman İsmayılov deyib.

Departament rəhbərinin sözlərinə görə, bu il müəssisənin məhsulları Belarus və Çinə ixrac ediləcək:

“Müəssisədə üzüm və meyvə şərabları, brendi, likör istehsal olunur və bütün bu məhsullar ölkə xaricinə ixrac edilir. İxrac olunan məhsulun əsas həcmi Rusiya, Ukrayna və Baltikyanı ölkələrin bazarlarına çıxarılır. Spirtli içkilərimiz qismən Avropa bazarlarına, xüsusilə də Almaniya və Polşaya ixrac edilir. Hazırda biz Çin və Belarusda tərəfdaşlarımızla danışıqlar aparırıq və yaxın zamanlarda bu ölkələrə ixracatı təşkil etmək niyyətindəyik”.

E.İsmayılovun sözlərinə görə, ixraca yönələn bir partiya orta hesabla 20 tona bərabər olur.

O əlavə edib ki, müəssisə tədarük həcmlərini artırmaq niyyətindədir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930