SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın TRACECA dəhlizi çərçivəsində yük daşımalarından gəlirləri artıb

Azərbaycanın TRACECA dəhlizi çərçivəsində yük daşımalarından gəlirləri artıb
11-06-2019, 21:18

2019-cu ilin birinci rübündə Azərbaycanın Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yük daşımalarından gəlirləri 4,3 faiz artaraq 156,5 milyon manat təşkil edib.

NAXCİVANXEBERLRİ.COM-un məlumatına görə, bunu Azərbaycanın TRACECA-da milli katibi, nəqliyyat və logistika sahəsində ekspert Akif Mustafayev Bakıda keçirilən "Nəqliyyat, tranzit və logistika" 18-ci beynəlxalq Xəzər sərgisi çərçivəsindəki konfrans zamanı deyib.

Qeyd edək ki, TRACECA Avropa İttifaqı ilə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. Bakıda təşkilatın daimi katibliyi fəaliyyət göstərir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930