SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada may ayında 502 abunəçi internetlə təmin olunub

Muxtar respublikada may ayında 502 abunəçi internetlə təmin olunub
11-06-2019, 12:40

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin may ayında davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə Naxçıvan şəhərində mərkəzi Avtomat Telefon Stansiyasında olan Alcatel Lusent DSLAM avadanlığında artım üçün 2 ədəd 48 portluq, 17№li məktəbin ətrafında və Zərifə Əliyeva küçəsində yerləşən Avtomat Telefon Stansiyasınlarının hər birinə 1 ədəd MA5616 internet modulu əlavə edilmişdir. Bundan əlavə, Babək rayon Güznüt kəndində 48 portluq, Çeşməbasar kəndində 64 portluq və Şahbuz rayonu Şahbuzkənd Avtomat Telefon Stansiyasına 32 portluq hər birinə 1 ədəd MA5616 internet modulu əlavə edilmişdir.
Şərur rayonu Çərçiboğan, Çomaxtur, Yengicə və Oğlanqala kənd Avtomat Telefon Stansiyasınlarıda portların artırılması üçün 48 portluq DSLAM avadanlığı quraşdırılaraq asinxron rəqəmsal istifadəçi internet portlarının sayı artırılmışdır. Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 185 yeni telefon nömrəsi istismara verilmişdir.
Muxtar respublika ərazisində yeni tikilən kənd mərkəzlərinə, təhsil müəssisələrinə, dövlət təşkilatlarına fiber-optik xətlər çəkilir. May ayında muxtar respublika ərazisində, ümumilikdə, 11260 metr fiber-optik kabel xətti çəkilmiş, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 502 yeni abunəçi internetlə təmin olunmuşdur. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri və real vaxt rejimində poçt məntəqələrində komunal xərclərin yığılması davam etdirilmişdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930