13:00 - Rusiya XİN başçısı: “Azərbaycan öz ərazilərini geri qaytarıb”
12:37 - Aqrar Universitetdə Gənclər Günü qeyd olunub-FOTO
12:24 - Bolqarıstan Prezidenti parlamenti buraxıb
12:12 - Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”
12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
Əli Əsədov: "Gələn ilin büdcəsində hazırki dövrün reallıqları əks olunub"
Dövlət büdcəsi illik maliyyə planı olmaqla yanaşı iqtisadiyyatın güzgüsü hesab edilir. Gələn ilin büdcəsində hazırki dövrün reallıqları, problemləri və çağırışları əks olunub.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Ölkədə əsas cari təlabatın ödənilməsi, gələcək inkişaf üçün zəmin yaradılması, sosial iqtisadi büdcədə ehtiyac və imkanların düzgün balanslaşdırılması təmin edilməlidir. Dövlət büdcəsinin tərtibi zamanı biz makroiqtisadi maliyyə sabitliyini, strateji valyuta ehtiyatlarının qorunmasını diqqət mərkəzində saxlayırıq", - deyə o qeyd edib.
"Son vaxtlar müşahidə olunan beynəlxalq səviyyəli gərginlik, qlobal istehsal zəncirindəki qırılma və digər məsələlər dünyada ərzağın bahalaşmasına, ərzaq qıtlığına səbəb olub. Yüksək inflasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzüllə üz-üzə qoyur. Hər kəsə bəllidir ki, dünya fevraldan əvvəlki vəziyyətə bir də qayıtmayacaq", - deyə Ə.Əsədov əlavə edib.